Accessibility links

Rusiya İranı 2015-ci ildə əldə edilən nüvə razılığının şərtlərini yerinə yetirməyə çağırıb


Rusiya Xarici İşlər naziri Sergey Lavrov çərşənbə günü İranı dünya qüdrətləri ilə 2015-ci ildə əldə edilən nüvə razılığının şərtlərini yerinə yetirməyə çağırıb. Lakin o, Moskvanın Tehranın öhdəliklərinə nəyə görə əməl etmədiyini başa düşdüyünü bildirib.

Moskvada jurnalistlərlə danışan Lavrov nüvə razılaşması ətrafında yaranmı vəziyyəti son dərəcə böyük narahatlığa səbəb olduğunu deyib. O, vəziyyətə görə nüvə razılaşmasından çıxan və Tehrana qarşı sanksiyalar həyata keçirən Birləşmiş Ştatları günahlandırıb.

İran prezidenti Həsən Ruhani çərşənbə axşamı İranın özünün Fərda zavodunda sentrifuqalara qaz doldurmağa başlanılacağını bəyan edib. Ruhaninin sözlərinə görə, uran qazının 1.044 sentrifuqaya doldurulmasına çərşənbə günü başlanmalı idi.

İranın Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə əldə etdiyi nüvə sazişinə əsasən, Tehranın Fərda zavodunu tədqiqat obyektinə çevirməsi və altı sentrifuqadan yalnız ikisinin uransız istifadəsinə icazə verilir.

İranın nüvə agentliyinin rəhbəri bazar ertəsi Tehranın onlarla təkmilləşdirilmiş sentrifuqalardan istifadə etdiyini bəyan edib. Əli Əkbər Salehi dövlət televiziyası ilə çıxışı zamanı İR-6 sentrifuqasının uran zəngiləşdirilməsi üçün razılıqda icazə verilən İR-1 sentrifuqasından daha güclü olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG