Accessibility links

ABŞ İran rəsmisinin Moskavaya səfərini qanunsuz adlandırıb


Rusiya iyul ayında İran generalının BMT-nın səyahət qadağasına baxmayaraq Moskvaya səfər etməsi haqda iddiaları rədd edib.

General Qasim Süleymani İran İnqilab Qvardiyasının komandiridir. O, 2007-ci ildən bəri BMT-nin qara siyahısındadır.

Birləşmiş Ştatlar Süleymanini İraqda 500 əsgərin ölümündə və Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirinə qarşı qətlə cəhddə günahlandırır.

Moskvada mətbuat konfransında Rusiyanın xarici işlər naziri Serqey Lavrov Süleymaninin səyahəti ilə bağlı iddiaları rədd edib. Lavrov İranın xarici işlər naziri Cavad Zəriflə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Lavrov deyib ki, onun şayiələrə şərh vermək fikri yoxdur. O, bu şayiələri amerikalı həmkarlarının "şübhələr zənciri" adlandırıb.

ABŞ Dövlət Departamenti keçən həftə bildirib ki, Süleymani Rusiyaya səfər etməklə BMT-nin qaydalarını bozub. Rusiyanın xarici işlər nazirinin müavini bəyanatı rədd edərək, Birləşmiş Ştatlara səfər haqda məlumatlarının olmadığını bildirdiyini deyib.

BMT-nin İran rəsmilərinə qarşı sanksiyaları Tehranın nüvə proqramı ilə əlaqəlidir. Zərif deyib ki, Rusiyanın köməkliyi ilə İranın nüvə proqramı haqda əldə olunan razılaşma iki ölkə arasında əlaqələri gücləndirəcək.

Cənab Zərif bildirib ki, əlaqələr hər zaman yaxşı olub və nüvə proqramı razılaşması iqtisadiyyat və müdafiə daxil olmaqla hər bir sahədə əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Vyanada əldə olunmuş razılığa əsasən İrana qarşı sanksiyalar ləğv ediləcək və bunun əvəzində İran nüvə proqramını məhdudlaşdıracaq. İran nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək istədiyini deyib. Lakin Qərb Tehranın nüvə silahı inkişaf etdirdiyindən şübhələnir.

Rusiya İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinin tərəfdarıdır. Beləliklə Rusiya İranla nüvə enerjisi, neft, qaz və hərbi sahələrdə əlaqələri genişləndirməyi hədəfləyir.

Rusiya və İranın xarici işlər naziri həmçinin Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəklədiklərini vurğulayıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG