Accessibility links

Rusiyada Aleksey Navalnının azadlığı tələbi ilə aksiyalar davam edir


Almaniyadan müalicədən dönəndən sonra Moskvada həbs olunan Rusiya müxalifətçisi Aleksey Navalnının müdafiəsi ilə bağlı Rusiyanın ayrı-ayrı şəhərlərində aksiyalar keçirilir.

Yanvarın 23-ü səhər saatlarında başlayan aksiyaların artıq ölkənin 60 şəhərini əhatə etdiyi bildirilir.

Xabarovsk, Cənubi Saxalində, Yakutiyada və daha bir neçə bölgədə də adamlar küçə və meydanlara çıxıb.

Müstəqil monitorinq qrupu OVD-Info Navalnının həyat yoldaşı Yulia və köməkçisi siyasətçi Lyubov Sobol da daxil olmaqla, Moskva vaxtı ilə bazar günü saat 1: 45-ə qədər təxminən 3200 həbs haqqında məlumat verib. Onlarla jurnalist saxlanılıb.

Yulia Navalnaya polis mikroavtobusunun içərisindən atdığı İnstaqram postunda həbsini təsdiqləyib və postdakı şəklinə görə üzr istəyib.

Həbs edilənlər arasında bir nəfər də yetkinlik yaşına çatmayan var. Saxlananlar arasındah adisələri çəkən digər adamların da olduğu xəbər verilir.
Nümayişçilər “Navalnıya azadlıq” və “Biz qormuruq” kimi şüarlar səsləndirib.

Yulia Navalnaya
Yulia Navalnaya

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays həbsləri və “bu həftə sonu Rusiyanın şəhərlərdə etirazçılara və jurnalistlərə qarşı sərt taktikalar” tətbiq edilməsini kəskin şəkildə qınayıb.

Bəyanatda Rusların dinc toplaşma və ifadə azadlığı hüquqlarının boğulması, Navalnının həbsi və etirazçılara basqı “vətəndaş cəmiyyəti və əsas azadlıqların daha da məhdudlaşdırılmasının narahatlıq doğuran əlamətləridir” deyilir.

ABŞ Rusiya səlahiyyətlilərini "universal hüquqlarından istifadə etdikləri və dərhal və qeyd-şərtsiz tutulanların hamısını sərbəst buraxmağa" çağırıb.

Prays ABŞ-ın Rusiyanı "zəhərlənmə ilə əlaqədar beynəlxalq birliyin istintaqı ilə tam əməkdaşlıq etməyə çağırır" deyib.

Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-ın sosial mediada "radikal elementləri təhrik etmək" cəhdlərinin ABŞ-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyinə dair bəyanat yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG