Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Şi Tsipinlə bazar ertəsi günü Sibirdən Çinin şimali-şərqinə daşınacaq qaz boru-xəttinin açılışını gerçəkləşdirib. Bu, Moskva ilə Pekin arasındakı əlaqələrə iqtisadi və siyasi təkan verəcək.
Sibir Gücü boru kəmərində qaz axınının başlaması rəsmi Moskvanın Qərbin tətbiq etdiyi maliyyə sanksiyalarının fəsadlarını azaltmaq cəhdlərinin göstəricisidir. Rusiyaya tətbiq olunan qadağalar 2014-cü ildə Krımı ilhaq etməsindən sonra başlayıb.
Bu addım Çinin Rusiyanın ixracat bazarında ön sıradakı mövqeyini möhkəmləndirir və həmçinin Rusiyaya Avropadan başqa mümkün yeni bazar imkanı yaradır.
Bundan başqa Moskva iki böyük enerji layihəsinə başlamağı düşünür: Şimal axını-2 - Almaniyaya Baltik qaz boru xətti, Türkiyə və Cənubi Avropaya Türk axını boru xətti.
3000 km uzunluğundakı (1865 mil) Sibir boru kəməri 30 il fəaliyyətdə olacaq və Rusiya dövlət xəzinəsinə 400 milyard dollar qazandıracacaq. Layihə Şərqi Sibirdəki Çayandinskoye və Kovitka yataqlarından qaz nəql edəcək.
"Bu, təkcə qlobal enerji bazarı üçün deyil, hər şeydən əvvəl bizim üçün Rusiya və Çin üçün həqiqətən tarixi bir hadisədir. Bu addım enerji sahəsində Rusiya-Çin strateji əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırır və Çin lideri Şi Tsinpinqlə birlikdə ticarətimizi 2024-cü ilə qədər 200 milyard dollarlıq rəqəmə yaxınlaşdıracaq" - deyə, Vladimir Putin layihə ilə bağlı açıqlama verib.