Accessibility links

Rusiyada daş kömür mədənindən 128 şaxtaçı evakuasiya edilib


Rusiya hökuməti bazar günü Sibirdəki daş kömür mərəninin bölmələrindən birində yanğın baş verdiyinə görə 128 şaxtaçını təxliyə edib. Bu xəbər Sibirdəki başqa bir daş kömür mədənində 51 nəfərin ölümü ilə nəticələnən partlayışdan bir neçə həftə sonra gəlib.

Fövqəladə hallar rəsmiləri Rusiyanın İnterfaks xəbər agentliyinə Sibirin cənub-qərbində yerləşən Kemerovo bölgəsindəki Anatoli Ruban adlı daş kömür mədəninin tərk edilmiş şaxtasında yanğın baş verdiyini və 140-a yaxın şaxtaçının evakuasiya edildiyini bildirib.

Ümumilikdə isə mədəndən 128 şaxtaçı təxliyə edilib. İnterfaks mədən operatorlarına istinadən bildirib ki, bazar günü növbədə 140 şaxtaçı olmalı idi, lakin yanğın baş verən vaxt mədəndə yalnız 128 şaxtaçı işləyib. Onların heç birinin tibbi yardıma ehtiyacı olmadığı bildirilib.

Rusiyanın dövlət RİA Novosti xəbər agentliyinin məlumatına görə, mədəni idarə edən Sibir Daş Kömür Enerji Şirkəti evakuasiyaya səbəbin yanğın deyil, “kömür yatağının qızması” olduğunu bildirib.

Evakuasiya Kemerovodakı başqa bir Listvyajnaya mədənində 46 şaxtaçı və beş xilasedicinin həlak olduğu partlayışdan cəmi bir neçə həftə sonra həyata keçirilib. Bu, 2010-cu ildən bəri Rusiyada ən ölümcül daş kömür mədəni fəlakəti olub.

Ziddiyyətli məlumatların təsdiqlənməsi hələ mümkün olmayıb.

İstintaq Listvyajnaya mədənində partlayış təhlükəsinə baxmayaraq, hasilatı saxlamaq üçün metan səviyyəsinin yüksək göstəriciləriləri də daxil edilməklə, bir çox təhlükəsizlik normalarının pozulduğunu aşkar edib. Mədənin bir neçə meneceri və yerli rəsmilər həbs edilib.

Listvyajnaya faciəsindən sonra Rusiya prezidenti Vladimir Putin rəsmilərə sənaye təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri barədə xəbərdarlıq edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG