Accessibility links

Rusiyanın Suriyadakı hava hücumu zamanı Türkiyənin dəstəklədiyi 50-dən çox üsyançı ölüb


Müşahidəçilərin bildirdiyinə görə, bazar ertəsi Suriyanın şimal-qərbində Türkiyənin dəstəklədiyi üsyançıların təlim düşərgəsinə edilən hava hücumu zamanı 50-dən çox döyüşçü ölüb, azı 90 nəfər yaralanıb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarıın Monitorinqi Qrupu öldürülənlərin sayının 78, Suriya müxalifətinin sözçüsü isə ölüm hallarının 50-yə yaxın olduğunu bildirib.

Suriyadakı müxalifət qrupları kimi Müşahidə Qrupu da hava hücumunun Suriya hökumətinin müttəfiqi Rusiya tərəfindən edildiyini deyir. Hədəf Suriyanın son üsyançı anklavı - İdlib əyalətinin şimal-qərbi, Suriyanın ən böyük müxalifət qruplarından birinin yerləşdiyi Cəbəl-Əl-Dveydəki Failaq Əl-Şam hərbi təlim düşərgəsi olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu hadisə yerində sağ qalanların axtarışının hələ davam etdiyini bildirib. Failaq Əş-Şamın sözçüsü Yusif Həmmud hava hücumunda ölənlər arasında düşərgə liderlərinin də olduğunu deyib. Düşərgə Türkiyə ilə sərhəd yaxınlığında yerləşir.

Türkiyənin dəstəklədiyi Suriyanın üsyançı Milli Qurtuluş Cəbhəsinin sözçüsü Naci Əl-Mustafa Associated Press xəbər agentliyinə bu hücuma cavab verəcəklərini deyib. O, Rusiyanın hava hücumunu “cinayət” adlandırıb, hökumət və Rusiya hərbi bölmələrini hədəf alacağı ilə hədələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG