Accessibility links

Total neft şirkətinin rəhbəri təyyarə qəzasında həyatını itirib


Fransanın Total neft şirkətinın rəhbəri Moskvada hava limanında şəxsi təyyarəsinin qar təmizləyən maşınla toqquşma nəticəsində baş verən qəza zamanı həlak olub.

Kristofor de Marqeri və təyyarənin üç ekipaj üzvü qəza nəticəsində həyatını itirib. Rusiya nəqliyyat departamentinin rəsmiləri bildirib ki, hadisə Vnukovo beynəlxalq hava limanında baş verib.

Total şirkətinin rəsmiləri cənab Marqerinin ölümü ilə bağlı şirkətin veb səhifəsində məlumat yayıb. Şirkət hadisə zamanı dörd nəfərin həlak olduğunu bildirib.

63 yaşlı Marqeri baş icraçı direktor vəzifəsinə 2007-ci ildə təyin olunmuşdu. Bundan üç il sonra o, Total şirkətinin sədri vəzifəsinə yüksəlmişdi.

Təxminən 100 min işçisi olan Total şirkəti dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG