Accessibility links

Rusiya tərəfdarı separatçılar 7 Ukrayna əsgərini pusquya salaraq öldürüb


Rusiya tərəfdarı separatçıların Ukraynanın zirehli hərbi maşın karvanını pusquya salaraq yeddi əsgəri öldürüb.

Ukraynanın Müdafiə nazirliyi “terrorçu” adlandırdığı 30 nəfər yaraqlıdan ibarət qrupun üzvlərinin ölkənin şərqində Kramatorsk şəhərindən 20 kiometrlik məsafədə yerləşən Oktyabrsk kəndi yaxınlığında zirehli hərbi maşın karvanına hücum etdiyini bildirib.

İnsident Almaniyanın Xarici işlər naziri Frank Valter Ştaynmeyerin böhranın həlli yollarının tapılmasına kömək etmək üçün Ukraynaya səfər etdiyi vaxta təsadüf edib.

Frank Valter Ştaynmeyer hökumətin sponsorluğu ilə Ukrayna siyasətçiləri və ölkənin bütün bölgələrini təmsil edən vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə dəyirmi masa müzakirələrin mayın 25-də prezident seçkilərindən öncə Rusiya tərəfdarı separatçıların tərksilah edilməsinə kömək edəcəyinə inandığını deyib.
XS
SM
MD
LG