Bu il Ukraynanın avropapərəst inqilabı rusiyameyilli prezidenti Avropaya inteqrasiyaya üstünlük verən liderlərlə əvəz etməyə nail olub. Lakin Kremlin Krımı ilhaq etməsi və şərqi Ukraynadakı ruspərəst separatçılara dəstək verməsi insanları narahat edir. Onlar ölkənin qeyri-sabit olacağından və situasiyanın pisləşərək müharibəyə dönəcəyindən narahatdırlar. Siyasi təhlilçilər bildirilər ki, Kremlin gördüyü tədbirlər hər iki ölkə üçün təhlükəlidir.
Ukrayna liderləri Ukraynanın Avromeydan inqilabının ildönümünü bayram kimi yox, anım kimi qeyd edirlər.
Ukraynaya qarşı təcavüz, müdaxilə və ilhaq siyasəti vasitəsi ilə Putin rejimi eyni zamanda həmin siyasəti daxilən aparır. Ölkədəki siyasi mühit sərtləşib.
Rusiyanın dəstəklədiyi prezident Yanukoviçin devrilməsinə səbəb olan qarşıdurmalarda həlak olan etriazçıların qohumları hələ də ədalət gözləyirlər.
İnqilabın bədəli artmaqda davam edir.
Minlərlə insan Kremlin dəstəklədiyi üsyançılar ilə ölkənin şərqində davam edən döyüş zamanı həlak olub. Kiyevdə fəaliyyət göstərən Razumkov Mərkəzinin əməkdaşı Yuriy Yakimenko bildirir ki, bu hal Ukraynanın yeni liderləri üçün böyük problemdir.
“Müstəqil Ukraynanın tarixində ilk dəfə biz ən böyük işğalçı, hətta düşmənlə müharibə şəraitindəyik.”
Lakin Avromeydan etirazçısı Valentina Bilan kimi əksər ukraynalılar bu müharibənin avropalı gələcəyə dəydiyini iddia edirlər.
“Biz parlament seçmişik. Ümid edək ki, parlament işləyəcək. Hər şey tədricən düzələcək. Mənim sözlərimi yadınızda saxlayın. Mən Narıncı İnqilabda da iştirak etmişəm. İnqilabdan sonra ən qorxunc şey odur ki, insanlar məyus olurlar.”
Bu döyüşlər Rusiya və Ukraynada lazımı iqtisadi və siyası islahatlardan diqqəti öz üzərinə çəkib. Hər iki ölkənin iqtisadiyyatı tənəzzülə doğru gedir.
Rusiya Elmlər Akademiyasının üzvü Yuriy Pivovarov bildirib ki, Vladimir Putinin Ukraynaya müdaxiləsi həm də Rusiyanın demokratik nailiyyətlərinə təhlükə yaradır.
“Ukraynaya qarşı təcavüz, müdaxilə və ilhaq siyasəti vasitəsi ilə Putin rejimi eyni zamanda həmin siyasəti daxilən aparır. Ölkədəki siyasi mühit sərtləşib. Fərqli düşünən insanlar üçün, yəni müxalifət üçün risk xeyli artıb. Bir baxımdan Ukraynadakı müharibə Rusiyanın daxilindəki müharibəyə bərabərdir. Hökümət fərqli düşünən insanlara, müxalifətə qarşı müharibə aparır.”
Karnegi Fondunun Moskva Mərkəzinin direktoru Dmitriy Trenin Ukrayna ilə Rusiya arasında kompromisə istəyin olmadığını bildirir.
Əsasən də Qərbdə kompromis barədə danışıqlar getmir, çünki belə bir addım Putinə qarşı güzəşt kimi dəyərləndiriləcək.
“Əsasən də Qərbdə kompromis barədə danışıqlar getmir, çünki belə bir addım Putinə qarşı güzəşt kimi dəyərləndiriləcək. Və bu, tamamilə yolverilməzdir. O zaman bu situasiyadan yeganə çıxış yolu Putin rejiminin çökməsidir. Belə bir ehtimal isə Rusiyanı qorxudur.”
Ukrayna liderlərini çətin bir yol gözləyir. Onlar bir tərəfdən Avromeydan inqilabına səbəb olan rüşvət üzərində qurulan siyasi mədəniyyəti aradan qaldırmalıdırar, digər tərəfdən isə təcavüzkar Rusiya ilə mübarizə aparmalıdırlar.