Accessibility links

Rusiya ilə Ukrayna bir daha biri-birini günahlandırıb


Rusiya ilə Ukrayna bir daha ölkənin şərqindəki münaqişəyə görə biri-birini günahlandırıb.

Kiyevdə danışan ordu nümayəndəsi Andriy Lısenko bildirib ki, vəziyyət olduqca gərgindir və Rusiya tərəfdarı separatistlər bütün cəbhələrdən Ukrayna qüvvələrini atəşə tutur.

Lısenko deyib ki, Donetsk və Luqanskı birləşdirən strateji əhəmiyyətli Debaltseve şəhərində düşmənçilik artır.

Moskva Ukraynanın mövqeyinə etirazını bildirib.

Ukrayna prezidenti Petro Poroşenko Polşanın TVN-24 tele-kanalına müsahibəsi zamanı deyib ki, Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda Rusiyanın Belarusda əldə edilən atəşkəsin şərtlərinə əməl etməsinin vacubliyini vurğulayıb.

Bu arada Ukraynanın baş naziri Arseni Yatsenyuk ABŞ-ın maliyyə naziri Cek Lui ilə görüşüb. Daha əvvəl baş nazir Amerikanın 2 milyard dollarlıq yardım razılığına imza atıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG