Rusiya beynəlxalq yarışlardan uzaqlaşdırılmalıdır. Bu, Ümumdünya Antidoping Agentliyi komissiyasının hazırladığı hesabatın çıxardığı nəticədir. Kommissiya Rusiyada idman sahəsində korrupsiya halları ilə bağlı iddiaları araşdırıb. İstintaqa əsasən, Rusiyada dövlət tərəfindən sposorluq edilən dopinq proqramı mövcuddur.
İdman dünyasında yeni bir qalmaqal silkələyib. İddiaya görə, Rusiya illərdir yüngül atletika üzrə idman növlərində dövlət tərəfindən maliyyələşdirilən dopinq proqramı aparıbmış. Dik Pound bu iddiaları araşdıran komissiyaya başçılıq edir.
“Biz bu məsələnin ört-basdır edilməsi, dopinq testlərinin nəticələrinin gizlədilməsi üçün rüşvət ödənilməsi və laboratoriyalardakı nümunələrin aradan götürüldüyünə dair sübutlar aşkar etmişik.”
Pound bildirib ki, Rusiya Federal Təhülkəsizlik Xidməti FSB antidopinq laboratoriyalarında olub. Bu isə Rusiya dövlətinin birbaşa müdaxiləsi və hədə gəlməsinin göstəricisidir.
Komissiya Rusiyanın idman yarışlarında iştirakına qadağa qoyulmasına çağırıb.
“Belə bir halda 2016-cı ildə Rio de Janeyroda Olimpiya oyunlarında Rusiyanın maneələrlə qaçış komandası iştirak etməyə bilər. Ümid edirəm onlar başa düşərlər ki, artıq dəyişmək zamanıdır.”
Moskvanın idman naziri Vitali Mutko bu iddiaları rədd edib.
Rusiya 2012-ildə Londonda keçirilən Olimpiya oyunlarında medal sayına görə sonra Birləşmiş Ştatlardan sonra ikinci yeri tutub. Pound deyir ki, tədbir Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF)-nın laqeyd münasibəti nəticəsində sabotaj edilib.
Bazar ertəsi IAAF-ın başçısı idmanı bu cür hallardan təmizləyəcəyini vəd etsə də, bunun uzun zaman alacağını deyib.
“Mən şuradan bu həftənin cümə günü bir araya gəlməsini istəmişəm. Biz iddialara nəzər yetirib, gələcək addımları müzakirə edəcəyik.”
İAAF şurasının 27 üzvü var və onların çoxu məşhur insanlardır. Rusiyanın taleyi indi onların əlindədir.
“Bu insanlar yüngül atletikada böyük fiqurlardır. Onlar bu məsələ ilə bağlı nə edəcəklərini, cavablarının nə olacağını müəyyən edəcəklər. "Rusiyanını iştirakına qadağa tətbiq ediləcəkmi" sualına Co cavab olaraq heç nəyin istisna olmadığını deyib.
“1980-ci illərin sonunda, 90-cı illərin əvvəlində Almaniya Demokratik Respublikasında dövlət tərəfindən maliyyələşdirilən rüşvət məsələsi ortaya çıxdı. Bu da elə onun qədər ciddidir.”
Bu arada, İnterpol Fransa prokurorları ilə əməkdaşlıq edərək, ən yaxşı idmançılardan dopinq testlərinin nəticələrinin gizlədilməsi üçün İAAF rəsmiləri də daxil olmaqla rüşvət tələb edildiyinə dair ittihamları araşdıracaq.