Rusiyanın Şimali Qafqaz regionunda 10 yaraqlı öldürülüb. Rusiyanın təhlükəsizlik qüvvələri müsəlmanların əksəriyyət təşkil etdiyi Kabadino-Balkariya və xristianların yaşadığı Stavropol regionu arasında əməliyyat keçirib. Bu bölgə son il islamçı yararaqlıların hücumlarına səhnə olub. Bir evdə blokadaya alınan yaraqlılar təhlükəsizlik qüvvələrini atəşə tutub, cavab hücumu nəticəsində 8 kişi və iki qadın öldürülüb. Əsgərlər arasında yaralanan olmayıb.