Accessibility links

ABŞ İranın Ukraynada müharibədə istifadə etmək üçün Rusiyaya dronlar göndərməyə hazırlaşdığını bildirir


ABŞ hökuməti İranın Ukraynada müharibədə istifadə etmək üçün Rusiyaya silah daşıyan dronlar də daxil edilməklə, “yüzlərlə” pilotsuz uçuş aparatı (PUA) verməyi planlaşdırdığına inanır.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan iyulun 11-də jurnalistlərə bildirib ki, Vaşinqton İranın Rusiya qüvvələrinə pilotsuz təyyarələrdən istifadə etmək üçün təlim keçirməyə hazırlaşdığını göstərən məlumatlara malikdir.

Bu açıqlamalar fevralın 24-də Ukraynaya hərbi müdaxilədən bəri Rusiyanın hərbi qüvvələrin əhəmiyyətli dərəcədə itkilər verməsindən sonra silah arsenalını qoruyub saxlamaqda çətinlik çəkdiyinə dair xəbərlər fonunda verilir.

“İran hökuməti Rusiyaya yüzlərlə PUA, o cümlədən silah daşıya bilən PUA-ları çox tez bir zamanda verməyə hazırlaşır,” Sallivan jurnalistlərə deyib.

“Bizim məlumatımıza əsasən eləcə də İran Rusiya qüvvələrinə bu PUA-lardan istifadə etmək üçün təlimlər keçməyə hazırlaşır və ilkin təlimlərin iyulun əvvəlində başlamasını planlaşdırır,” o deyib.

Sallivan deyib ki, Tehranın hansısa belə bir sistemi artıq Rusiyaya verib-vermədiyi məlum deyil.

Sallivan deyib ki, bu, Rusiyanın Ukraynada Moskvaya Kyiv ətrafında uğursuzluğundan sonra Ukraynanın şərqində hərbi uğurlarını artırmağa imkan verən kütləvi bombardmanların “öz silahlarını saxlamaq bahasına başa gəldiyinə” işarədir.

Sallivan həmçinin bildirib ki, İran bu ilin əvvəli atəşkəs elan edilməmişdən əvvəl Səudiyyə Ərəbistanına hücum etmək üçün Yəməndəki Husi üsyançılarına da oxşar silahlar verib.

Dronlar Ukrayna müharibəsində hər iki tərəf üçün mühüm rol oynayıb.

Kyiv qüvvələri Türkiyə istehsalı olan Bayraktar dronlarından istifadə etməklə uğur qazanıb. Vaşinqton və digər müttəfiqlər isə Ukraynanı müxtəlif kiçik tipli pilotsuz təyyarələrlə təmin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG