Accessibility links

Moskva müsəlmanları "poqromlarla" üzləşir VİDEO


Moskva ibadət və "poqromlar"la üz-üzədir
please wait

No media source currently available

0:00 0:03:18 0:00
Son illərdə Paris, London və Berlin kimi böyük şəhərlərdə müsəlmanların sayı xeyli artıb. Indi isə Moskva bu şəhərlər sırasındadır. Hazırda Moskvada 2 milyona yaxın müsəlman yaşayır ki, bu da Avropa şəhərlərindəkindən daha çoxdur.

Çərşənbə axşamı Qurban bayramını qeyd etmək üçün müsəlmanlar bir araya gəlib, minlərlə müsəlman Moskva küçələrində namaz qılıb. Keçən il onlar namazı yağış və qar altında qılmışdı.Moskvadakı məscid kompleksində təmir işləri gedir. Bu məscid Moskvadakı 4 məsciddən biridir.

Əbdül Bari Sultanov Rusiyanın müsəlman regionu Tatarıstandandır. “Əlbəttə, məscidlər lazımdır. Allahla təmasda olmaq üçün mədrəsələr, məktəblər və ruhanilər olduğu kimi hər mikrorayonda məscidlər də olmalıdır.

Rusiyanın Pravoslav kilsəsinin Moskva boyu 200 yeni kilsə inşa etdiyi bir vaxt, müsəlman məscidlərinin inşasına heç vaxt icazə verilməyəcək.

Rusiyanın müsəlman fəalı Heydər Camal Kremli ölkənin paytaxtında yeni məscidlərin inşasına qadağa qoymaqda ittiham edir. “Onlar siyasi təzyiqlərin birbaşa təzyiqlər olduğunu başa düşürlər. Lakin onlar başa düşmürlər ki, bununla onlar özlərinə böyük problemlər yaradırlar.”

Moskva meri Sergey Sobyanin heç bir yeni məscidin tikilməyəcəyinə vəd verir. O deyir ki, bayram günlərində ibadət edənlər Mərkəzi Asiyadan olan müsəlmanlar və xarici işçilərdir ki, əvvəl-axır evlərinə dönəcəklər.

Bu yaxınlarda Exo Moskvı radiosu ilə çıxışı zamanı cənab Sobyanin deyib ki, onlar Moskvada cəmi 10 faiz təşkil edirlər və onların istədiyi kimi, məscidlərin tikilməsi qeyri-mümkündür.

Kremlin müttəfiqi olan Sobyanin keçən ay keçirilən bələdiyyə seçkilərində qalib gəlib və o, seçicilərin nə istədiyini yaxşı bilir. Keçən bazar günü Moskvanın slavyan məhəlləsinin fəhlə sakinləri qafqazlılara və Orta asiyalılara qarşı etiraz aksiyası keçirib. Onlar “Rusiya İrəli! Rusiya İrəli!” deyə, şüarlar səsləndiriblər.

Qığılcım keçən həftə gənc bir rusun azərbaycanlı mühacir tərəfindən qətlə yetirilməsindən sonra alovlanıb.

Təhlilçilər son hadisələri mühacirlərə qarşı müasir poqromlar kimi qiymətləndirir.
Polis 2 min miqrantı həbs edib. Siyasətçilər xaricilərə ev satılmasını dayandırmağa, müsəlman ölkələrdən olan miqrantlara viza verilməsinə qadağa qoyulmasına çağırıb.

Hazırda isə Moskvanın gələcəyi küçələrdəki ibadətlər və poqromlar arasında qalıb.
XS
SM
MD
LG