Accessibility links

Norveç sərhəd və limanlarını Rusiyanın yük maşınları və gəmilərinə bağlayır


Norveçin xarici işlər naziri Anniken Hitfeldt

Norveç Moskvanın Ukraynaya əsassız işğalına görə Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qoşularaq, sərhədlərini və limanlarını Rusiya yük maşınları və gəmiləri üçün bağlayacağını bildirib.

Ölkənin xarici işlər naziri Anniken Hitfeldt NRK ictimai televiziyasına müsahibəsində deyib ki, Norveç və Rusiya arasında yeganə Storskoq sərhəd keçid məntəqəsi Avropa İttifaqının sanksiya siyahısında olan bütün malların daşınması üçün bağlanacaq.

Hitfeldtin aprelin 29-da bildirdiyinə görə, Norveçin şimalındakı limanlarına balıq gətirən Rusiyanın balıqçı gəmiləri sanksiyalardan azad olacaq.

Nazirlik bildirib ki, 1920-ci illərdə xarici çıxışa icazə verən müqaviləyə əsasən fəaliyyət göstərən Norveçin Arktika Svalbard arxipelaqı da istisna ediləcək.

NATO üzvü Norveç Avropa Birliyinə daxil olmasa da, öz əraziləri arasında sərhəd nəzarətini rəsmən ləğv edən 26 Avropa ölkəsindən ibarət Şengen Zonasına daxildir.

Norveç və Rusiya 196 kilometr uzunluqda sərhədi bölüşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG