Accessibility links

Rusiya Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb


Rusiyanın "Qazprom" şirkəti çərşənbə günü Polşa və Bolqarıstana qaz tədarükünü dayandırıb. Bu, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı iqtisadi mübarizənin son addımı olub.

Rusiya təbii qaz tədarük etdiyi Avropa dövlətlərindən bir çoxunun enerji məbləğinin böyük hissəsinnin Rusiya valyutası rublla ödəməyi tələb edib.

"Qazprom" çərşənbə günü bildirib ki, Polşa və Bolqarıstan bunu etməyib və buna görə də qaz tədarükünü dayandıracaq.

Polşa və Bolqarıstan rəsmiləri "Qazprom"un bu addımının müqavilənin pozulmasına bərabər olduğunu bildirib.

Avropa İttifaqının bir sıra üzvləri Rusiya enerjisindən asılılığı azaltmaq və ya tamamilə dayandırmaq, eləcə də başqa mənbələr axtarmaq və bərpa olunan enerjidən istifadəni artırmaqla bağlı hərəkətə keçib.

ABŞ-ın Baş prokuroru Merrik Qarland çərşənbə axşamı Konqresə ələ keçirilən Rusiya aktivlərinin birbaşa Ukraynaya verilməsinə icazə verən qanun layihəsini dəstəklədiyini bildirib.

Birləşmiş Ştatlar və müttəfiqlərinin çərşənbə axşamı bildirdiklərinə görə, Ukrayna qüvvələrini dəstəkləmək və Rusiya iqtisadiyyatına təzyiqi artırmaq üçün sürətli və qəti addımlar atılır.

ABŞ Dövlət katibi Antoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində deyib ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi texnika və sursat daşıması üçün əvvəllər həftələr gərək idi, lakin indi daha tez, ukraynalılara üç gün ərzində yeni silahlar göndərir.

Zelenskinin ofisi bazar ertəsi müzakirələrə Ukraynaya müdafiə və maliyyə yardımı ilə yanaşı, təhlükəsizlik zəmanətlərinin də daxil olduğunu bildirib. Açıqlamada deyilib ki, Ukrayna tərəfi Rusiyaya qarşı sanksiyaların artırılmasına xüsusi diqqət yetirir.

"Biz bu yolda növbəti addımların nədən ibarət olduğunu başa düşürük. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik" - deyə, Zelenski bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG