Accessibility links

Putin: ”Qondarma “rəngli inqilablar”a imkan verilməyəcək”


Rusiya prezidenti Vladimir Putin bazar ertəsi keçmiş Sovet respublikalarını sarsıdan xalq üsyanlarına istinad edərək, Moskva ilə müttəfiq hökumətlərin qondarma “rəngli inqilablar”la devrilməsinə imkan verməyəcəyini deyib. "Biz qayığın yellənməsinə icazə verməyəcəyik" - deyə, Putin bildirib.

Rusiyanın rəhbərlik etdiyi Kollektiv Thlükəsizlik Alyansının (KTMT) liderləri ilə onlayn görüşü zamanı Putin keçən həftə Qazaxıstanda zorakılıqlarla başa çatan iğtişaşları “daxili və xarici dağıdıcı qüvvələr”lə əlaqələndirib. “Əlbəttə, biz başa düşürük ki, Qazaxıstanda baş verənlər dövlətlərimizin daxili işlərinə kənardan müdaxilə etmək üçün nə ilk, nə də sonuncu cəhd deyil“ - deyə, əlavə edib.

Qazaxıstan rəsmiləri ötən həftəki etirazlar zamanı öldürülən 164 nəfərin arasında 4 yaşlı qızın da olduğunu bildirib. rəsmilər 5800 nəfərin həbs edildiyini bildirib. Etirazları dayandırmaq üçün prezident Qasım-Jomart Tokayevin etirazçılara “öldürmək üçün atəş aç“ əmri təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmağa imkan verib.

“KTMT-nin gördüyü tədbirlər açıq şəkildə göstərdi ki, biz daxildə vəziyyətin sarsılmasına və qondarma “rəngli inqilablar”ın baş verməsinə imkan verməyəcəyik” deyib Putin. O əlavə edib ki, KTMT kontingenti nizam-intizam bərpa olunandan və Tokayev qüvvələrin artıq lazım olmadığını bildirəndən sonra geri çəkiləcək.

Qazaxıstan lideri isə deyib ki, asayiş bərpa olunsa belə “terrorçuların” axtarışı davam edir.

Putin bazar ertəsi Qazaxıstandakı zorakı iğtişaşların xaricdə təlim keçmiş terrorçular tərəfindən törədildiyini iddia edib. O, zorakılığın 2014-cü ildə Ukraynanın Moskvayönlü liderini devirən etirazlarına istinad edərək, Qərbin koordinasiya etdiyi Meydan əməliyyatının əlamətləri olduğunu deyib.

“Yaxşı təşkil edilmiş və yaxşı idarə olunan silahlı qruplardan istifadə edilib. Onlar açıq-aşkar xaricdəki terror düşərgələrində təlim keçib” - deyə, o əlavə edib.

Kollektiv Thlükəsizlik Alyansına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Keçən həftə hərbi yardım istəyərkən Tokayev KTMT paktının 4-cü maddəsinə istinad edib ki, bu da üzv ölkələri “xarici müdaxilədən” qorumaq üçün bir-birlərinə yardım etməsini nəzərdə tutur. İlk dəfədir ki, KTMT-nin hər hansı üzvü 4-cü maddəyə istinad edir.

XS
SM
MD
LG