Accessibility links

Rusiya prezidenti rəsmi dövlət səfəri ilə Ukraynadadır


Rusiya prezidenti Dmitri Medvedev Ukraynanın Moskva tərəfdarı yeni rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək məqsədilə bu gün bu ölkəyə iki günlük rəsmi dövlət səfərinə başlayıb

Rusiya prezidenti Dmitri Medvedev Ukraynanın Moskva tərəfdarı yeni rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək məqsədilə bu gün bu ölkəyə iki günlük rəsmi dövlət səfərinə başlayıb.

Cənab Medvedev müdafiə və energetika nazirləri də daxil olmaqla yüksək səviyyəli nümayəndə heyətilə bu gün paytaxt Kiyevə gəlib. Rusiya lideri və onun ukraynalı həmkarı Viktor Yanukoviç bir sıra müqavilələrin imzalanması mərasimlərində iştirak edəcək.

İki ölkə arasında münasibətlərin yaxınlaşması Ukraynanın qərb tərəfdarı əvvəlki prezident Viktor Yanukoviçin siyasi kursundan tam uzaqlaşma kimi qiymətləndirilir.

Yuşşenkonun prezidentliyi dövrü Moskva və Kiyev Rusiyadan enerji təchizatı və Ukraynanın NATO-ya üzvlük arzuları kimi bir sıra məsələlərdə açıq qarşıdurma mövqeyində olmuşlar.

XS
SM
MD
LG