Vayominq Universitetinin araşdırmaçı alimi Rza Muxtaroğlu Amerikanın Səsi ilə söhbətdə xaricdə təhsil alan İran vətəndaşlarının etnik tərkibini şərh etməklə yanaşı, xaricdə təhsilin faydaları haqqında danışıb. Onun söylədiklərinə görə, Şimali Amerika, Avropa və Türkiyənin ən yaxşı universitetlərində təhsil alan iranlı tələbələr arasında İran Azərbaycanı və digər bölgələrdən olan türklərin sayı çox azdır.
“Təhsil həyatının bir bölümünü yurd dışında keçirmək dünyanın fərqli şəhərlərində yaşayıb fərqli kültürlərlə tanış olmaq və yaşama dair bir çox yeni şeyləri öyrənmək anlamına gəlir. Bu, insanların fərdi gəlişməsində önəmli rol oynayır. Öz ayaqlarımız üzərində necə durmağa və bu istiqamətdə öz metodlarımızı gəlişdirməyə, yeni qabiliyyətlərimizi kəşf etməyə və özümüzü daha yaxşı tanımağa yardımcı olur. Bu da məzunluq sonrası həyata qarşı daha hazırlıqlı olmaq deməkdir. Xaricdə qazandığımız təcrübələr, dil bacarıqları və kültürlər arası ünsiyyət qurmaq qabiliyyətini gəlişdirərək iş həyatında özümüzə inamı və rəqabət gücümüzü artırır,” deyə Muxtaroğlu xaricdə təhsilin faydalarının sadəcə elmi bacarığın inkişafı ilə məhdud olmadığını vurğulayır.
Mənim və ətrafımdakı insanların müşahidələrinə dayanaraq ən çox öyrənci fars etnikindəndir. İranda türklərin sayının farslarla eyni olmasına baxmayaraq, xaricdəki universitetlərdə farsların sayının qat qat artıq olduğu açıq şəkildə gözə gəlir.Rza Muxtaroğlu
Vayominq Universitetində çalışan tədqiqatçı sadəcə Amerika və Avropada deyil, Türkiyənin yaxşı universitetlərində də təhsil alan İran vətəndaşları arasında türklərin sayının daha az olduğunu deyir:
“Bu haqda elmi statistik məlumat əldə yoxdur. Amma mənim və ətrafımdakı insanların müşahidələrinə dayanaraq ən çox öyrənci fars etnikindəndir. İranda türklərin sayının farslarla eyni olmasına baxmayaraq, xaricdəki universitetlərdə farsların sayının qat-qat artıq olduğu açıq şəkildə gözə gəlir.”
Rza Muxtaroğlunun sözlərinə görə, “xaricdəki universitetlərə müraciət etmək və oxumaq üçün lazim olan amillərin ən önəmlisi özünə inam, sonra xarici dil bacarığı, elmi yetərlilik, xaricdə təhsillə bağlı bilgi və maddi durumdur. Bu faktorlar ən önəmli olanlardır.”
O, bu amillərin xüsusilə İranın Azərbaycan vilayətlərində qeyri-kafi olduğunu qeyd edir:
“İranda ana dilində təhsil almayan uşaqlar ilk ildən çox çətinliklərlə qarşı-qarşıya olurlar və bu, onların şüuraltına yerləşir... Təhsil sistemi fars dili təməlində qurulduğu üçün digər dilləri üstələyir. Ana dildə təhsil almayan insanlarda özünə inam itir. Ana dil yasağı başarının düşməsində ən önəmli rol oynayır.
Xaricdə qazandığımız təcrübələr, dil bacarıqları və kültürlər arası ünsiyyət qurmaq qabiliyyətini gəlişdirərək iş həyatında özümüzə inamı və rəqabət gücümüzü artırır.Rza Muxtaroğlu
İran Azərbaycanında xarici dil öyrənmə həvəsi azdır. İngiliscə kurslarının səviyyəsi aşağıdır. Ən güclü xarici dil institutları fars bölgələrində var. Fars öyrəncilər dünyada yeni metodlarla dil öyrənirlər və daha uğurlu olurlar.
İranın müxtəlif bölgələrində universitetləri qarşılaşdıranda Azərbaycanda keyfiyyət aşağıdır. Yüksək səviyyəli professorlar yoxdur... Fars bölgələrində səviyyə daha yüksəkdir...
Habelə, Güney Azərbaycanda ailələrin maddi durumunun zəif olması da mənfi rol oynayır.”