Accessibility links

Səməd Rəhimli: Məqsəd hüquqşünaslıq peşəsinin məruz qaldığı hücumdan sonra onun toparlanması istiqamətində öz töhfəmizi verməkdir


Səməd Rəhimli: Məqsəd hüquqşünaslıq peşəsinin məruz qaldığı hücumdan sonra onun toparlanması istiqamətində öz töhfəmizi verməkdir
please wait

No media source currently available

0:00 0:09:06 0:00

Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) fərdi şikayətlər göndərmək üzrə ixtisaslaşmış hüquqşünaslar Xalid Bağırov və Səməd Rəhimli Avropa Məhkəməsi ilə İş Liqası (AMİL) adlı təşkilat təsis edib. Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə müsahibəsində yeni yaradılan təşkilatın məqsədi və Avropa məhkəməsinə göndərilən işlərin perspektivindən danışıb.

Amerikanın Səsi: Yeni təşkilatın yaradılması hansı zərurətdən irəli gəldi?

Səməd Rəhimli: Bu təşkilatın yaranmasını zəruri edən bir neçə səbəb var idi. Bunlardan ilk növbədə o idi ki, 2018-ci ildən sonra Azərbaycanda nümayəndəlik fəaliyyəti qadağan olundu, məhdudlaşdırıldı. Bununla da Azərbaycanda vəkillik monopoliyası "təsis" olundu. Bundan sonra Azərbaycanda xeyli sayda nümayəndələr, eləcə də Vəkillər Kollegiyasından xaric edilmiş hüquqşünaslar, vəkillər proseslərdən kənarda qaldılar. Həmin dövrdən bəri müxtəlif cəhdlər olur ki, təşkilatlanmalara nail olsunlar. Amma, obyektiv səbəblərdən buna nail olmaq mümkün olmur. Çünki bundan sonra məhkəməyə buraxılmayan nümayəndələrin nə edəcəkləri bəlli deyil. Xalid Bağırov və ikimizin Avropa məhkəməsi üzrə müəyyən işlər çərçivəsində təcrübəmiz var. Biz hesab elədik ki, bu müxtəlif xarakterli təşkilatlanmalara, 2018-ci ildən sonrakı dövrdə olan təşkilatlanmalara biz də öz töhvəmizi verək. Sırf bu ixtisaslaşma üstündə, belə deyək, Vəkillər Kollegiyasından kənar nümayəndəlik fəaliyyətinədək, ən azından Avropa məhkəməsi ilə bağlı görülən təşəbbüslərə biz də öz töhfəmizi verək. Səbəblərdən biri bu idi. Digər tərəfdən də yenə nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda bir çox insan hüquqları pozuntularına məruz qalan sadə vətəndaşların problemlərinə yönəlməyi vacib saydıq. Çünki Avropa məhkəməsi ilə adətən siyasi xarakterli işlər olub. Biz, bu profilizasiyanın nə dərəcədə dəyişə bilmək imkanlarını nəzərdən keçirmək istəyirik. Ona görə də o təşəbbüsə nail olmağa çalışmışırıq ki, orta statistik vətəndaşların işlərini Avropa məhkəməsinə, eləcə də digər beynəlxalq tribunlara çatdırılması mexanizmlərini nəzərdən keçirdək. Təbii ki, burada da həmçinin o məqsəd də var idi ki, aztəminatlı əhaliyə ya ödənişsiz, ya da kı, münasib qiymətlərlə müvafiq xidmətlər göstərərək, sosial sahibkarlıq fəaliyyəti həyata keçirilsin. Bununla da bir neçə məqsədə çatılsın. Hər bir halda bizim təməl məqsədimiz hüquqşünaslıq peşəsinin Azərbaycanda məruz qaldığı bu qədər hücumdan sonra onun toparlanması istiqamətində görülən təşəbbüslərə öz töhfəmizi verməkdir. Ona görə də bu təşkilatın təsisini vacib saydıq. Hesab edirik ki, gələcəkdə də yalnız bu işimizlə məhdudlaşmayacaq. Başqa hüquqşünasla da əməkdaşlığa nail olaq.

Amerikanın Səsi: Azərbaycandan Avropa məhkəməsinə hansı hüquqların pozulmasından daha çox şikayətlər göndərilir?

Səməd Rəhimli: Hal-hazırda statistika, təəssüf ki, əlimin altında deyil. Tam rəqəmlər deməkdə çətinlik çəkəcəm. Amma, ümumi formada deyə bilərəm ki, ən çox Azərbaycanla bağlı pozuntu qərarları ədalət mühakiməsi, qərarlarının pozuntusu, eləcə də mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar olub. Təbii ki, bundan əlavə digər pozuntular, xüsusən də, son dövrlərdə birləşmək azadlığı ilə bağlı kifayət qədər pozuntu qərarları çıxdı. Bunlar qeyri hökümət təşkilatlarının qeydə alınmaması ilə bağlı məsələlər idi. Ondan əlavə inzibati xəta işləri ilə bağlı kifayət qədər pozuntu qərarları var. Hansı ki, ədalət mühakiməsi hüququ ilə əlaqəlidir bunlar. Eləcə də 11-ci maddə ilə yəni toplaşmaq azadlığı ilə əlaqəli olan bu müxtəlif xarakterli mitinqlərin dağıdılması ilə bağlı məsələlər idi ki, bunlarla bağlı qərarlar çıxıb. Və digər azadlıq hüququnun pozuntusu ilə bağlıdır. Yəni həbs qətimkan tədbirləri ilə bağlı qərarlar çıxarıbdır. Seçki hüququnun pozuntusu ilə bağlı kifayət qədər var. Azərbaycan hələ də bu sahədə liderliyini qoruyub saxlayıb. Yəni ki, seçki hüququnun pozuntusuna görə Avropa Şurası ölkələri arasında ən çox qərar çıxarmış ölkə Azərbaycandır. Amma, ümumi şikayət ədalət mühakiməsi hüququnun pozuntusu ilə bağlıdır. Ən çox bu sahə üzrə şikayətlər var.

Amerikanın Səsi: Avropa məhkəməsinin qərarlarının icrası vəziyyətini necə qiymətlənirərdiniz?

Səməd Rəhimli: Avropa məhkəməsinin qərarlarından sonra iki xarakterli tədbirlər görülməlidir. Ümumi tədbirlər, yəni qanunvericiliyin dəyişdirilməsi, praktikanın düzəldilməsi və yaxud ölkədə həmin hüqunun pozuntusuna səbəb olan halların aradan qaldırılması zamanı tədbirlər görülməlidir. Bir də fərdi tədbirlər görülməlidir. Məsələn, kompensasiyanın ödənilməsi, əgər mülkiyyət varsa onun bərpası və sair, bu tipli tədbirlər görülməlidir. Bizim gördüyümüz əvvəllər ondan ibarət idi ki, 2015-ci ilə qədər əsas fərdi tədbir, kompensasiyarın ödənilməsində hər hansı problem olmurdu. Həmin ərəfələrdən sonra başladılar kompensasiyarın ödənilməsində problemlər yaratmağa. Yəni ödənişlər gecikdi, hissə-hissə ödənildi. Hələ də bu problem aradan qaldırılmayıb. Bunu hökumət çox güman ki, 2015-ci ildən sonra yaranmış iqtisadi böhranla izah eləyir. Amma ortada bir düz-əmməlli izah da yoxdur. Bu sahədə problem yarandı. Digər bir problem isə qərarların icrası ilə bağlı ümumi tədbirlərin həyata keçirilməməsidir. Misal üçün, qanunvericilik dəyişdirilmir. Baxmayaraq, misal üçün, Azərbaycanda ifadə azadlığı ilə bağlı təhqir və böhtana görə qərarlar qəbul olunub. Yeni diffamasiya haqqında qanun qəbul edilməlidir. Amma, bu qanun 2010-cu ildən bəri müzakirə olundu. Ondan sonra qəbul edilmədi. 2016-2017-ci illərdə Azərbaycan əksinə internetə istiqamətlənmiş böhtan və təhqir məsələlərini kriminallaşdırdı. Bu da onu göstərir ki, Azərbaycan nəinki qərarları icra etmək istiqamətində iş görür. Hətta bunun əksinə olaraq bir trend də müşahidə olunur. Ona görə də qərarların icrasında bu cür vəziyyət var. Hələ ki, bu problem aradan qaldırılmayıb. Ümumi deyə bilərəm ki, qərarların icrasında Azərbaycan axrıncı yerlərdən birini tutur.

Amerikanın Səsi: Beynəlxalq donor təşkilatlar keyfiyyətli hüquqi yardıma ehtiyacı olan, amma buna maddi imkanı çatmayan vətəndaşlara yardım göstərə bilərmi?

Səməd Rəhimli: Azərbaycanda 2014-cü ildə QHT qanunvericiliyi dəyişəndən sonra bu sahədə ciddi problem yaranıb. Hal-hazırda bu problem aradan qaldırılmayıb. Həmin qanunvericilik olduğu kimi qüvvədə qalır. Ədliyyə və Maliyyə nazirliyi qrantların qeydiyyatı məsələsində mütləq sözə sahibdirlər. Onlar çox rahatlıqla istənilən qrantdan imtina edə bilərlər. Bundan əlavə 2014-cü ildəki hadisələrdən sonra Azərbaycanda hətta mövcud olan QHT-lərin özü ilə bağlı belə kifayət qədər problemlər yarandı. Düzdür, son dövrlər, 2018-ci ildən sonra yenidən QHT-lərin qeydiyyatı həyata keçirilir. Amma, hələ də qrant məsələləri ilə bağlı donorlardan, xüsusən də, xarici mənbələri olan donorlarla bağlı Azərbaycan höküməti öz iradəsini əsas götürür. Bu halda qrant müqavilələrinin bağlanması yaxşılaşdırmır. Vəziyyət 2014-cü ildəki kimi qalır. Əksər təşkilatlar və fərdlər xidmət müqaviləsi ilə fəaliyyət göstərir. Amma, xidmət müqaviləsinin də öz məhdudiyyətləri var. Xidmət müqaviləsi vergi ödənişləri tələb edir. Halbuki qrant müqavilələrində belə, vergi ödənişləri nəzərdə tutulmur. Donor təşkilatları mahiyyəti üzrə birbaşa yardım göstərmirlər. Burada yerli partnyorlarla əməkdaşlıq edirlər. Amma problem odur ki, 2014-cü il qanunvericiliyin dəyişikliyi hələ də qüvvədə qalır. Ona görə də bu problem aradan qalxmır.

XS
SM
MD
LG