"Sərhədsiz Reportyorlar" (RSF) Azərbaycanda jurnalist Polad Aslanova qarşı irəli sürülən dövlətə xəyanət ittihamını pisləyir. O, tez-tez korrupsiya mövzusunu işıqlandırır və indi ömürlük həbs təhlükəsi ilə üzləşib.
Xeberman və press-az xəbər saytlarının redaktoru Aslanov iyunun 14-də, həyat yoldaşı və qızı ilə toya gedərkən Azərbaycan sərhədində həbs edildikdən iki gün sonra istintaq təcridxanasına yerləşdirilib. Onun və anasının evlərində axtarış zamanı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları kamera və kompüter avadanlığını müsadirə edibl.
Dövlət Təhlükəsizliyi Xidməti Aslanovu məxfi məlumatı xarici dövlətə verməkdə, öz reportajlarında dövlətə böhtan atmaqda və digər azərbaycanlı jurnalistləri xarici xüsusi xidmətlərlə əməkdaşlığa cəlb etməkdə ittiham edir.
Aslanov bütün ittihamları inkar edir, reportajları ilə bağlı repressiyaların qurbanı olduğunda israr edir. Xüsusən, reportajlarından birində o, Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri tərəfindən pul tələb edilməsi haqqında yazıb.
"Hər şey Polad Aslanovun Azərbaycanda tənqidçi jurnalistlərin təqibi maşınının növbəti qurbanı olduğunu göstərir. Onu, həmçinin Azərbaycanda ədalətsiz həbs edilmiş bütün digər altı jurnalisti dərhal azad etməyə çağırırıq," "Sərhədsiz Reportyorlar"ın bəyanatında bildirilir.
Aslanovun vəkili ona iyunun 14-də baş çəkə bilib, amma onların təkbətək danışmasına icazə verməyiblər. Həyat yoldaşının sözlərinə görə, Aslanov hərbi xidmətə yararsız hesab olunmuşdu, amma 29 yaşında, öz materiallarında hakimiyyəti tənqid etməyə başladıqdan sonra tezliklə hərbi xidmətə çağırılıb.
Aslanov digər jurnalist İkram Rəhimov mənimsəmə ittihamı ilə beş il yarım həbs cəzasına məhkum edildiyi gün həbs edilib, baxmayaraq ki, məhkəmədə inandırıcı dəlillər təqdim edilməyib.
Realliq.info xəbər saytının redaktoru 2018-ci ilin oktyabrında, "loyal" kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi göstərən ölkə prezidentinin köməkçisi Əli Həsənovun ünvanına açıq tənqid məktubu dərc etdikdən sonra həbs edilib.
Azərbaycan RSF-nin 2019-cu il üçün dünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 166-cı yeri tutur. Ölkənin aparıcı tənqidi KİV-ləri susmaq və ya mühacirət etmək məcburiyyətində qalıblar, əsas müstəqil saytlar bloklanıb və ən az yeddi jurnalist hazırda həbsdədir, deyə bəyanatda qeyd edilir.
Azərbaycan hökuməti bir qayda olarak beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə bütün fundamental azadlıqların, o cümlədən media azadlığının tam təmin edildiydi iddia edir. Hökumət insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə görə həbs edilmədiyni bəyan edir.
Bununla yanaşı, Amnesty İnternational ölkədə onadək insanı, o cümlədən jurnalistləri vicdan məhbusiu elan edib.