Accessibility links

Səudiyyə obyektlərinin vurulmasından sonra neft qiymətləri kəskin artıb


Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə edilən hücumların ardınca bazar ertəsi səhm birjalarında neftin qiyməti kəskin artıb. Husilərin törətdikləri dron hücumları qlobal neft təchizatının beş faizi, Səudiyyə Ərəbistanı ixracatının isə yarıdan çoxuna təsir göstərib.

Brent xam neftinin qiymətləri 20 faiz bahalaşaraq, 1991-ci ildəki Körfəz Müharibəsindən bəri qeydə alınan ən rekord göstrəcisini sərgiləyib.

Səhər sessiyasının açılışında Brentin bareli $71.95-ə qalxıb. Günün sonunadək qiymətlər $66.45-də qərar tutub ki, bu da həftəsonu ilə müqayisədə 10 faiz artım təşkil edir.

Səudiyyənin dövlət neft şirkəti Saudi Aramco neft hasilatının 5.7 milyon barel azaldığını xəbər verir. Hasilatın tam şəkildə nə vaxt bərpa ediləcəyi barədə məlumat verilmir.

Bu arada, ABŞ Dövlət Katibi Mayk Pompeo enerji bazarının sabitliyinin qorunması üçün Vaşinqtonun tərəfdaş və müttəfiqləri ilə yaxından əməkdaşlıq edəcəyini bildirir.

XS
SM
MD
LG