Accessibility links

Səudiyyəli qadın fəal işgəncəni danmaqdan imtina etdi


Ailə üzvlərinin verdiyi məlumata görə, həbsdə olan səudiyyəli qadın haqları fəalı Lucayn əl-Haslul azadlığa buraxılması müqabilində işgəncəyə məruz qaldığını inkar edən sənədə imza atmaqdan imtina edib.

Lucayn əl-Haslul 2018-ci ilin mayında qadın aktivistlərə qarşı intensiv basqı kampaniyası çərçivəsində həbs olunmuşdu.

Beynəlxalq insan haqları fəalları kral vəliəhdi Məhəmməd bin Salmanın rəhbərliyi altında Səudiyyə Ərəbistanında hüquq pozuntularının və işgəncələrin vüsət aldığını deyirlər.

Qardaşı Valud əl-Haslulun dediklərinə görə, ilk öncə Lucayn sənədə imza atmağa razı olmuşdu, lakin Səudiyyə rəsmiləri ondan video-kamera qarşısında bu inkarı bəyan etməsini tələb ediblər.

"Dövlət rəsmisi ondan videoya çəkilmək barədə sənədə imza atmağı tələb edəndə, bacım kağızı dərhal cırıb" , Valid yazıb.

Onun sözlərinə görə, bacısı hesab edir ki, Səudiyyə rəsmiləri işgəncələrə birbaşa rəhbərlik etmiş kral vəliəhd Məhəmməd bin Salmanın müşaviri olan Səud əl-Kahtaninin əməllərini ört-basdır etməyə çalışırlar.

“Doğma kiçik bacım deyib ki, onu tez-tez qamçılayır, döyür, elektro-şok və əzaba məruz qoyurlar. Bəzən maskalı kişilər gecənin yarısında onu oyadır, ağlasığmaz hədələr bağırırlar” , Valid əl-Haslul əlavə edib.

Səud əl-Kahtani siyasi fəallara verilən işgəncələrdə və jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunur.
Səud əl-Kahtani siyasi fəallara verilən işgəncələrdə və jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunur.

Bir çox fəallar Kahtanini siyasi məhbuslara işgəncə verməkdə ittiham edib.

Sabiq müşavir Kahtani 2018-ci ilin oktyabrında səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsində ittiham olunduqdan sonra vəzifəsindən istefa verib.

Xaşuqcinin yoxa çıxmasının ardınca ABŞ-da bir sıra qanunverici Vaşinqton-Riyad münasibətlərinə yenidən baxılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG