Accessibility links

Sabotajda günahlandırılan mexanikin zəmanəti qəbul edilmədi


Göyərtəsində 150 nəfər sənişin olan təyyarəni sabotaj etməkdə günahlandırılan Amerika Hava Yollarının keçmiş mexaniki həbsdə qalmaqda davam edir.

Mayami federal hakimi Əbdul-Məcid Maruf Əhməd Alanini zəmanətə buraxmayıb. Buna səbəb Alaninin İslam ekstremistlərinə olan rəğbətini sübut edən yeni dəlillərin aşkar olunmasıdır.

Hal-hazırda Alani yalnız sərnişin təyyarəsini "qəsdən zədələmək, məhv etmək və ya sıradan çıxarmaqda" ittiham olunur.

Prokurorlar Alaninin pilotların təyyarənin sürətini və digər məlumatlarını ölçməsinə imkan verən komponenti aradan qaldırmaq üçün iyul ayının ortalarında təyyarənin burnuna köpük lövhə yapışdırdığını deyirlər.

Təyyarənin pilotları Mayamidən Baham adalarına uçuşdan əvvəl xəta mesajı alıb və pilotlar təyyarəni yenidən anbara döndərməli olub.

Alani polisə Amerika Hava Yolları rəhbərliyi və mexaniklərlə əmək danışıqlarından əsəbiləşdiyini və təyyarənin uçuşdan saxlaması ona əlavə iş artıracağını və buna görə daha çox maaş alacağına ümid etdiyini söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG