Accessibility links

Səid Muğanlı həbsdən azad edilib


İranda azərbaycanlı yazıçı, şair və jurnalist Səid Muğanlı həbsdən azad edilib. İran veb səhifələrində yayılan məlumatlara görə, siyasi fəalın azadlığa buraxılması siyasi və mədəni fəalların alqışları ilə qarşılanıb.

Muğanlı 25 gün əvvəl cəzasının qalan hissəsini çəkmək üçün məhkəməyə təslim olmuşdu. Lakin İran qanunlarına əsasən ilk dəfə həbs edildiyi üçün onun həbsinin qalan hissəsi ləvğ edilib.

Səid Muğanlı xaricilərlə əlaqədə olmaq, Azərbaycan Respublikasında jurnalistika kurslarına getmək və pul əldə etmək, habelə İran əleyhinə təbliğat aparmaq ittihamları ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin bir il əvvəl həbs edilən Muğanlı 110 gün İttilaat-da saxlandığı üçün cəzasının bir hissəsinı çəkmiş hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG