Accessibility links

Samir Şərifov: Manat ədalətli məzənnəsini tapacaq


Samir Şərifov
Samir Şərifov

“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir". APA agentliyinin məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: "Bu tarazılıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hal-hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsini ədalətli məcraya yönəltmək istiqamətində işlər görüb. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək".

Nazirin deyib ki, hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir.

"Bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır. Bilirsiniz ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib. Bu da dövlətin əmanətçilərə verdiyi dəstəkdir. O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. "Dövlət öhdəliyi öz üzərinə götürür" demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq", o bildirib.

Report agentliyi isə bildirir ki, Şərifov 2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcəyini deyib.

“2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir".

2016-cı ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 mlrd. 615 mln. manat nəzərdə tutulub.

Nazir həmçinin deyib ki, Azərbaycanın gələn il üzrə dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar götürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG