Accessibility links

Avropa İttifaqı sammit keçirir


Avropa İttifaqı liderləri bu gün Brüsseldə iki günlük sammiti açıq elan edib. Sammitdə Britaniyanın regional iqtisadiyyat blokundan çıxması və iqtisadiyyat məsələləri müzakirə ediləcək.

Britaniyanın baş naziri Tereza Meyin sammitdə edəcəyi çıxışında Avropa İttifaqı ölkələrinin İngiltərədə yaşayan 3 milyona qədər vətəndaşının gələcəyi məsələsinə də toxunacağı gözlənilir.

Avropa İttifaqına daxil olan ölkələrdə yaşayan 1 milyon britaniyalının da taleyi barədə də razılıq əldə edilməlidir.

Xanım Meyin çıxışından sonra liderlər bu gün axşam Britaniyanın baş nazirinin iştirakı olmadan Breksit prosesini müzakirə etmək üçün toplaşacaq.

Sammitdə miqrasiya, Rusiyaya qarşı sanksiyaların yenilənməsi və Online-da eksremizmlə mübarizə məsələləri də müzakirə ediləcək.

XS
SM
MD
LG