Accessibility links

San Fransiskoda qəzaya uğrayan təyyarənin qara qutuları tapılıb


Dünən ABŞ-ın Kaliforniya ştatının San Fransisko beynəlxalq hava limanında qəzaya uğrayan "Asiana Airlines" şirkətinə məxsus Boinq 777 tipli sərnişin təyyarəsinin qalıqları arasında laynerin qara qutuları tapılıb.

Uçuş zamanı əhəmiyyətli anları qeydə alan qutular təhqiqat üçün Vaşinqtona, Milli Nəqliyyat Təhlükəsizlik İdarə Heyətinə göndərilib. Araşdırma iki nəfərin ölümü ilə nəticələnən qəzanın baş vermə səbəblərinin tapılmasına kömək edəcək.

Hazırda San Fransisko xəstəxanalarında olan 180 yaralıdan 8-nin vəzəiyyəti kritikdir.

Cənubi Koreyaya məxsus avia şirkəti bildirir ki, ölənlər 16 yaşlı iki çinli qız olub. Təyyarədəkilər əksəriyyəti Cənubi Koreyalılar, çinlilər və amerikalılar idi.

Şahidlərin verdiyi məlumata görə, Şanxay (Çin) - Seul (Cənubi Koreya), San Fransisko (ABŞ) reysi ilə uçan təyyarənin quyruğu təyyarə uçuş zolağına enməzdən əvvəl yerə dəyib. Hadisə baş verən yerdən səmaya tüstü qalxmağa başlayıb. Təyyarənin hər iki tərəfində evakuasiya üçün çıxışlar açılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG