Uşaqlara kitab oxumaq onların gələcəyə hazırlığı üçün gözəl vasitələrdən biridir. Bu, adətən uşaqların dil, rəng və yazı yazmaq qabiliyyətlərinə yardım edir. Lakin fizika üzrə avstraliyalı alim bu sahədə başqa bir yola üz tutub. O, balaca uşaqlar üçün elmi kitablar yazır.
Balaca oxucular üçün elmi kitablar yazmaq ideyası Keis Ferriyə öz şəxsi təcrübəsi əsasında gəlib. “Mən kitab mağazasında uşaqlarım üçün kitab axtarırdım və elm bölməsinə tərəf gedəndə gördüm ki, orada uşaqlar üçün rəngarəng və elmi kitablar yoxdur” deyə, Kris Ferri bildirir.
Onun kitabları elmin müxtəlif sahələrini əhatə edən və körpəlikdən 10 yaşa qədər uşaqların başa düşəcəyi dildə yazılan kitablardır. Sidneydə yaşayan alimin dediyinə görə, onun məqsədi uşaqları elmə erkən yaşlardan həvəsləndirməkdir. “Baxın, böyük Qrenlandiyada lazer və noutbuk var.”
Keris Ferri deyir ki, uşaqları elm və texnologiya ilə tanış etmək heç vaxt tez deyil. “Onlar tədricən heyvanlar və ya uşaqlar üçün olan başqa mövzulardan bəhs edən kitablardan çox texnologiyaya həsr edilmiş kitablara üz tutur. Fikirmcə bu, onlar üçün daha aktualdır.”
Uşaqların həyatında erkən elmi təhsilin roluna diqqət yetirən tədqiqatçi Kristin Priston bunun doğru olduğunu deyir. “Lakin biz onu da başa düşməliyik ki, balaca uşaqlar hər şeyi olduğu kimi anlayır və onlar cəmiyyətdə baş verənlərdən agah olmalıdırlar.”
Kris Ferri ümid edir ki, onun kitabları uşaqları nəinki elmlə tanış olmağa, gələcəkdə onları alim olmağa şövq edəcək.