Accessibility links

"Skif qızılları" Ukraynaya qayıtdı


Kyiv gömrüyü "Skif qızılları"nın gömrükdə rəsmiləşdirilməsinə başlayıb. Bu barədə noyabrın 27-də Ukrayna Dövlət Gömrük Xidmətinin Kyiv Gömrük İdarəsinin saytı məlumat yayıb.

Məlumatda "Skif qızılları" kimi tanınan 2694 kq mədəni sərvətıərin Ukrayna Milli Muzeyinin xəzinəsində identifikasiyasının aparıldığı bildirilib.

Mədəni sərvətlər Amsterdamdan xüsusi qutularda temperaturun tənzimləmə sistemi ilə təchiz edilmiş avtomobildə gətirilib.

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Ukrayna Muzey Fondunun Krımın dörd muzeyindən aparılan muzey əşyalarının geri qaytarıldığını noyabrın 22-də elan edib.

Muzey eksponatlarına Krım Respublikasının Taurida Mərkəzi Muzeyi, Kerç Tarix-Mədəniyyət Qoruğu, Baxçasaray Tarix-Mədəniyyət Qoruğu və Tauride Xersones Milli Qoruğunun kolleksiyaları daxildir.

"Xüsusi tarixi-mədəni əhəmiyyətə malik artefaktların qaytarılması əlamətdar və çoxşaxəli prosesdir. Bu, özündə hüquqi, muzey, diplomatik və logistika aspektlərini birləşdirir. "Skif qızılları" kimi tanınan kolleksiyalardan birinin vətəni Ukraynaya geri qaytarılmasını səbirsizliklə gözləyirik" - deyə, mədəniyyət və nformasiya siyasəti nazirinin səlahiyyətlərini icra edən Rostislav Karandeyev bildirib.

O, kolleksiyaları 9 il saxladığına görə Allard Pearson Muzeyinə, həmçinin Niderland tərəfin muzey eksponatlarının saxlanması üçün xərc tələb etməməsinə görə minnətdarlığını bildirib.

Ukrayna Milli Tarixi Muzeyinin bildirdiyinə görə, "Skif qızılları" kolleksiyası 2014-cü ilin fevral-avqust aylarında Allard Pearson Muzeyində "Krım: Qızıl və Qara dənizin sirləri" sərgisində nümayiş etdirilib.

Rusiya Krımı ilhaq etdikdən sonra "Krım muzeylərindən qiymətli əşyaların Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərə qaytarılması qeyri-mümkün olub".

"Lakin Rusiya hakimiyyətinin de-fakto nəzarətindəki Krım muzeyləri məhz bunda israr edirdi. Niderlandda məhkəmə prosesi başladı" - deyə, Ukrayna Milli Tarix Muzeyi xəbər verib.

2016-cı ilin dekabrında Amsterdam məhkəməsi vərəsəlik hüququna uyğun olaraq Krım xəzinələrinin Ukrayna dövlətinə verilməsi barədə qərar qəbul edib. Amsterdam Apellyasiya Məhkəməsi həmçinin Ukraynanın Krım artefaktlarının dövlətə verilməsi ilə bağlı iddiasının təmin edilməsinə qərar verib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG