Accessibility links

Akif Qurbanov: Seçki mühiti beynəlxalq standartlara cavab vermir [Video-müsahibə]


Akif Qurbanov: Seçki mühiti beynəlxalq standartlara cavab vermir
please wait

No media source currently available

0:00 0:06:43 0:00

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Amerikanın Səsinə seçkiöncəsi durumdan danışıb

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində ölkədə mövcud seçki mühitindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda mövcud seçki mühiti azad və ədalətli seçkilər keçirməyə imkan verirmi? Beynəlxalq müşahidə missiyalarının seçkiləri müşahidəsi üçün şərait varmı?

Seçkiöncəsi mühit bütün tərəflər üçün bərabər olması amilinə görə qiymətləndirilir.

Akif Qurbanov: Seçkilərin azad şəraitdə keçirilməsi, beynəlxalq standartlara görə kompleks qiymətləndirilir. İlk öncə seçkiöncəsi ictimai-siyasi mühit dəyərləndirilməlidir. Burada siyasi partiyalar üçün sərbəst toplaşmaq azadlığı təmin olunurmu? Kütləvi informasiya vasitələri üçün ifadə azadlığının təminatı nə dərəcədə genişdir? Siyasi tərəflərin kütləvi informasiya vasitələrindən bərabər şəkildə istifadə etmək imkanları varmı? Siyasi partiyaların bütün öz resurslarından istifadəsi üçün azad və bərabər şərait yaradılıbmı? Bu şərtlər altında seçkiöncəsi mühit bütün tərəflər üçün bərabər olması amilinə görə qiymətləndirilir və bunun əsasında bütün tərəflərə seçkiöncəsi vəziyyətin azad olması kimi qiymətləndirmək olar. Eyni zamanda seçki prosesini tənzimləyən bütün qanunvericiliyin beynəlxalq standartlara nə dərəcədə cavab verməsi məsələsi var. Təəssüflər olsun ki, bizim mövcud Seçki Məsəlləsi və digər qanunvericiliyimizdə zaman-zaman baş verən dəyişikliklər və məhdudlaşdırmalar, eyni zamanda seçkini icra edən komissiyaların birtərəfli qaydada formalaşdırılması beynəlxalq standartlara cavab vermir. Bu standartlarla bağlı ATƏT-in beynəlxalq müşahidə missiyasının verdiyi davamlı tövsiyələrə əməl olunmaması nəticəsində belə qənaətə gəlinib. Mənim və ya hər hansı birinin rəyləri yox, beynəlxalq təşkilatların verdiyi rəylər əsasında bu rəyi ifadə etmək mümkündür.

Amerikanın Səsi: Bəs, beynəlxalq müşahidə missiyalarının seçkiləri müşahidəsi üçün şərait varmı?

Bu standartlar seçki öncəsi ehtiyacların qiymətləndirilməsi missiyasıdır, seçki dövründə uzunmüddətli müşahidə missiyasının, səsvermə günü və ondan sonrakı proseslərə qısamüddətli müşahidə missiyasının həyata keçirilməsidir.

Akif Qurbanov: Biz artıq son beş ildə, 2013-cü il seçkilərindən bu yana beynəlxalq müşahidə missiyası ilə Azərbaycan hökuməti arasında ciddi problemin olduğunu görürük. Bu problem özünü bariz nümunə olaraq 2015-ci il parlament seçkilərində göstərdi. Çünki beynəlxalq müşahidəni əsas standartlara uyğun keçirən və bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun həyata keçirdiyi müşahidə missiyasıdır. Onların müşahidə missiyasını həyata keçirməsi üçün standartlar var. Bu standartlar seçki öncəsi ehtiyacların qiymətləndirilməsi missiyasıdır, seçki dövründə uzunmüddətli müşahidə missiyasının, səsvermə günü və ondan sonrakı proseslərə qısamüddətli müşahidə missiyasının həyata keçirilməsidir. Təəssüflər olsun ki, biz görürük ki, ATƏT-in müşahidə missiyasının 2013-cü ildəki prezident seçkilərindən sonrakı rəyi hökumət tərəfindən çox ciddi aqressiya ilə qarşılandı və bu aqressiya 2015-ci ildə parlament seçkilərində də özünü göstərdi.

Hökumət əslində indi prezident seçkisini 6 ay əvvələ çəkməklə və növbədənkənar seçki keçirməklə faktiki olaraq elə durum yaradır ki, ATƏT-in beynəlxalq müşahidə missiyası bu standartlara uyğun seçkini müşahidə etmək imkanından məhrum olsun. Nəticə etibarı ilə ola bilsin ki, hökumət beynəlxalq müşahidə missiyasına təklif edəcək ki, onlar gəlib müşahidəni aparsınlar. Amma mövcud vaxt qıtlığı və yaradılan şərait, güman edirəm ki, ATƏT-i növbəti dəfə müşahidə missiyası keçirməkdən məhrum edəcək. Bu da təəssüflər olsun ki, ölkədə azad və demokratik seçkinin keçirilməsini məhdudlaşdıran amillərdən biridir.

Amerikanın Səsi: Mərkəzi Seçki Komissiyası aprelin 11-dək ölkədə azad seçki mühitinin olması üçün nə etməlidir?

Siyasi şərait və idarəetmə rejimi elə bir şərtlər formalaşdırıb ki, MSK bu mühiti dəyişmək imkanından məhrumdur.

Akif Qurbanov: Biz Seçki Məcəlləsinə baxsaq görərik ki, seçkini hazırlayan və keçirən mərkəzi orqan Mərkəzi Seçki Komissiyasıdır. Amma təəssüflər olsun ki, ölkədə olan siyasi şərait və idarəetmə rejimi elə bir şərtlər formalaşdırıb ki, MSK bu mühiti dəyişmək imkanından məhrumdur. Çunki MSK nə azad media mühitinin təminatı baxımından, nə televiziyaların bərabər şərait yaratması nöqteyi-nəzərindən, nə də sərbəst toplaşmaq azadlığının təminatı nöqteyi-nəzərindən faktiki olaraq heç bir funksiyanı icra etmək imkanında deyil. Üstəgəl, MSK-nın tərkibi o formada formalaşdırılıb ki, bu, bilavasitə hakim partiyanın nəzarəti altındadır. Hakim partiya tərəfindən fomalaşdırılan bir komissiyanın təbii olaraq hakim partiyanın maraqlarına xidmət edən addımlar atacağı qabaqcadan gözləniləndir. Bu nöqteyi-nəzərdən də güman etmirəm ki, MSK hər hansı bir dəyişiklik etmək iqtidarındadır. Əgər birdən fövqəladə hal baş versə, çərxi-fələk tərsinə dövran etmiş olsa MSK Seçki Məcəlləsində üzərinə düşən funksiyasını icra etmək üçün sadaladığım şərtlərə öz fəaliyyətində əməl etməlidir. Təəssüflər olsun ki, fəaliyyətləri belə bir istiqamətə yönəlsə MSK üzvlərinin taleyi sual altına alınmış olacaq. Onlar da talelərini sual altında bəri başdan proqnozlaşdıraraq bu addıma getməyin böyük risk olduğunu görərək belə bir məsələni reallaşdırmağa getməkdən imtina edirlər.

Amerikanın Səsi: Hazırda aparıcı müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edir. Müxalif partiyaların bu addımı seçki mühitinə hansı təsirlər edə bilər?

Alternativlərinə münasibət düşmən kimi yanaşmadan başqa bir şey deyilsə, belə mühitdə siyasi partiyaların iştirak etməsi çox çətin bir vəziyyət yaradar.

Akif Qurbanov: Siyasi partiyaların iştirakdan imtina edən tərəflərin açıqladığı mövqelər kifayət qədər ağlabatan və faktiki reallıqda olan arqumentlərdir. Sadaladığım kimi, heç bir siyasi azadlıqlar təminatı yoxdursa, Seçki Məsəlləsində olan məhdudiyyətlər aradan qaldırılmayıbsa, beynəlxalq təşkilatların irəli sürdüyü tövsiyələrə əməl olunmursa və seçkini vaxtından əvvəl, növbədənkənar formaya salaraq heç bir izahı olmadan proses icra olunursa, seçki mühitinə uyğun olaraq da təminat üçün hər hansı bir addım atılmırsa, partiyalara münasibət, öz alternativlərinə münasibət düşmən kimi yanaşmadan başqa bir şey deyilsə, belə mühitdə siyasi partiyaların iştirak etməsi çox çətin bir vəziyyət yaradar. Üstəgəl, bəri başdan proqnozlaşdırılır ki, alternativ ciddi namizədlərin heç biri qeydə alınan deyil. Son referendum, ondan əvvəlki parlament seçkiləri də bunu göstərdi. 2013-cü il seçkilərinin nəticəsinə görə, efir imkanı növbəti dəfə tanınmayacaq. Belə olduğu halda partiyaların seçkilərdə iştirak etməyəcəyi təbii olaraq hakimiyyət üçün bəlkə də gözlənilən idi. Bu, nəyə gətirib çıxaracaq? Bu, əslində ona gətirib çıxaracaq ki, bir daha seçkinin alternativsiz keçirildiyini, heç bir fikir plüralizminin təminatının olmadığı, bir daha ATƏT-in standartlarına uyğun olmayan, yəni Kopenhagen standartlarına cavab verməyən bir seçki tədbirinin yekunlaşmasından ibarət olacaq.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq ölkədə azad, demokratik seçki mühitinin olduğunu bəyan edir. Hökumət rəsmiləri fundamental azadlıqların, o cümlədən toplaşmaq, fikir, ifadə, media azadlığının tam təmin edildiyini bildirir. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu indiyədək olan bütün qiymətləndirmələrində Azərbaycanda seçki mühitinin Avropa standartlarına cavab vermədiyini bildirib. Beynəlxalq təşkilatlar ölkədə media azadlığı və toplaşmaq azadlığı sahəsində geriləmələrin olduğu barədə bəyanatlarla çıxış etməkdədir. Azərbaycan beynəlxalq qiymətləndirmədə media azadlığı indeksinə görə 180 ölkə arasında 162-ci yeri tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG