Accessibility links

İlham Əliyev Rusiyaya rəsmi səfərə gedəcək


İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti bildirib.

Bundan öncə Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri, Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

Danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 1-də Moskvaya səfəri ilə əlaqədar tədbirlər müzakirə olunub. Əsasən tərəflər səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə edib.

Həmçinin görüş iştirakçıları sentyabrda Gəncədə keçiriləcək 9-cu Rusiya-Azərbaycan regionlararası forumu ilə bağlı məsələləri müzakirə edib.Hazırda tədbirin proqramı hazırlanır və onun keçirilmə vaxtı müəyyən edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG