Accessibility links

Selfi nədir? [Video]


Selfi nədir?
please wait
Embed

No media source currently available

0:00 0:03:17 0:00
Deyirlər, şəkil min sözə bərabərdir. “Selfi” fenomeninin internetdə geniş yayıldığı bir məqamda bu deyimin həqiqəti daha bariz nəzərə çarpır. Selfini Roma Papası da, prezident Obama da çəkib. Selfini Castin Biber kimi məşhurlar da çəkir.

Psixologiya professoru Natanel Hörr: “Fikrimcə çox adam özünü Selfidə göstərir. Bununla onlar özlərini dünyaya təqdim etmək istəyirlər.”

Vaşinqtondakı Amerika Universitetinin professoru əsasən gənc nəslin şəkillərini selfiyə nəyə görə yerləşdirdiyindən danışır. “Onlar özlərini əvvəlki nəsildən daha sərbəst hiss edir, özlərinə daha rahat baxa bilirlər”.

Kollec tələbəsi Ketlin Leman bunun həm də gənc nəslin ünsiyyət vasitəsi olduğunu deyir. “Məsələn, bu gün bazar ertəsidir və mən bu günü sevmirəm. Mən öz narazı sifətimi çəkib dostuma göndərdim. O da eynilə, bazar ertəsini sevmədiyini göstərən narazı şəklini mənə göndərdi.”

Digər tələbə Alisa Cons da bunun vaxtilə yarımçıq qalmış söhbətin davamı olduğunu deyir. “Doğrudan da uzun bir gün idi və danışmağa güc qalmamışdı. Lakin gülməli bir şəkillə hər şey dəyişdi.”

Leman deyir ki, burada əsas məsələ şəkillərini seçməkdir. O, hansı şəklini nə vaxt və haraya göndərəcəyinə özü qərar verə bilir. “Keçən istirahət günlərində olduğu kimi, mən burnuma bu sırqanı taxandan sonra şəklimi hamıya göndərdim ki, mənim yeni burnumu görsünlər.”

Bəziləri Selfinin özünü bəyənənlər üçün olduğunu düşünür. Youtube-a yerləşdirilən Chainsmokers adlı videoda belələri gülüş hədəfidir.

Son təhqiqatlar Selfinin dünya boyu gənclərin özlərini müxtəlif şəkillərdə nümayiş etdirdiyini göstərib. Nyu-York Şəhər Universitetinin tədqiqatçıları 5 şəhəri - Moskva, Berlin, Nyu-York, Tokio və Sao-Polo şəhərlərini müqayisə ediblər. Bu layihənin başçısı
Lev Manoviç selfidəki orta yaşın 24 olduğunu deyir. “Ən böyük fərq başda idi, basin hansı vəziyyətdə olmasında. Moskvadan olan şəkillərə baxaq, oradakı gənc qızlar özlərini moda jurnallarında olduğu kimi göstərməyə çalışırlar. Onlar elə bil modeldirlər. Braziliyada isə onlar kamera ilə oynayırlar, yəni qeyri-formal şəkillər çəkirlər.”

Professor Natanel Nörr: “Gənclər məşhurların göndərdikləri şəkilləri görəndə, bu onlara öz fiziki cəhətlərini vurğulamaq mesajı göndərir və bütün bunlar onların özünə inamında güclü rol oynayır."

Cənab Hörr hətta 20-lərin yaşlanmasından sonrda belə, Selfi tendensiyasının qalacağını proqnozlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG