Accessibility links

ABŞ səfriliyi "SelectUSA" seminarını keçirib


"SelectUSA" seminarı
"SelectUSA" seminarı

ABŞ-ın Bakıdakı səfirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası yerli iş adamlarının ABŞ bazarına daxil olmaq üçün sərmayə üzrə ilk "SelectUSA" seminarını keçirib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Seminarda Xarici Ticarət Xidmətinin əməkdaşı Neil Pikett hədəf sektorlar, coğrafi ərazilər və xarici sərmayəçilər üçün mövcud olan yerli və ABŞ üzrə proqramlardan danışıb.

Məlumatda deyilir ki, seminar iki ölkə arasında biznes əlaqələri qurmaq məqsədilə ABŞ səfirliyinin göstərdiyi cəhdlərdən biri və ABŞ Ticarət Departamentinin həyata keçirdiyi ABŞ dövlət proqramıdır.

"SelectUSA" seminarı
"SelectUSA" seminarı

"SelectUSA" federal qaydalar və nizamnamələri daha yaxşı anlamağa yardım etmək, məlumat və başqa informasiyaları təmin etmək, şirkətləri müvəffəqiyyətə nail olmaq üçün tərəfdaş və resurslarla əlaqələndirmək məqsədilə xarici biznes sərmayəçiləri ilə fərdi qaydada işləyir.

Səfirlik bildirir ki, 20-22 iyunda Vaşinqtonda 2018-ci il üçün keçiriləcək "SelectUSA" sammitində iştirak etmək istəyən Azərbaycan şirkətləri üçün qeydiyyat artıq başlayıb.

Sammit Birləşmiş Ştatlarda biznes sərmayəsinə dəstək olmaq məqsədilə dünya şirkətləri ilə ABŞ iqtisadi inkişaf təşkilatlarını (İİT-ləri) birləşdirən əhəmiyyətli tədbirdir.

Ötən dörd sammit minlərlə beynəlxalq sərmayəçi cəlb edib, yalnız 2017-ci il sammitində 3000-dən çox iştirakçı olub. Ötən sammitin iştirakçıları 2014-2017-ci illərdə Birləşmiş Ştatlarda 71 milyard dollarlıq yeni sərmayə layihələri elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG