Accessibility links

ABŞ Şimali Koreyaya yeni sanksiyalar təsdiq edir


ABŞ Senatı Şimali Koreyaya qarşı yeni sanksiyalar raundunun da daxil olduğu Amerikanın silahlı qüvvələrinə birillik səlahiyyət verən təklifi səs çoxluğu llə təsdiq edib.

Milli Müdafiənin Avtorizasiyası Aktı (NDAA) Pentaqona 750 milyard dollar ayıracaq və hərbi qüvvələrin bütün sahələrini maliyyələşdirəcək.

Qanun layihəsi Tramp administrasiyasının əmri ilə ABŞ Kosmik Qüvvələrin yaradılmasına, kibertəhlükəsizlik təşəbbüslərinə mandat verilməsinə və hərbi qulluqçuların maaşlarını 3,1% artırılmasına imkan verir.

Hər iki partiyanın qəbul etdiyi ölçüyə əsasən Şimali Koreya ilə iş birliyi aparan şəxslər ABŞ bank sistemindən istifadədən məhrum ediləcək.

NDAA-nın bu qərarı Konqresin ABŞ-ın ayın əvvəlində İranla Hörmüz boğazındakı hərbi qarşıdurma və prezident Trampın Yaxın Şərqə hərbi qüvvələrin göndərilməsi ilə bağlı həftələrdir davam edən danışıqlarla eyni vaxta təsadüf edir.

Senat cümə günü Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsinə imkan verəcək təklifi səsverməyəyə çıxaracağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG