Accessibility links

Senator Qraham: Tramp İŞİD-i tam məğlub etməkdə qətiyyətlidir


Cənubi Karolina ştatını təmsil edən respublikaçı senator Lindsi Qraham

ABŞ mediasının verdiyi məlumata görə, nüfuzlu respublikaçı senator Lindsi Qraham Ağ Evdə prezident Donald Trampla nahar yeməyi zamanı Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması məsələsini onunla müzakirə etdiyini deyib. Qrahamın bildirdiyinə görə, prezidentlə söhbətdən sonra o, Suriyada vəziyyətə nikbinliklə baxır. O qeyd edib ki, prezident Tramp İslam Dövləti qrupunun tam məğlub edilməsi və “ bu işi sona çatdırmaq” məsələsində tam qətiyyətlidir.

Bundan öncə senator prezident Trampı qərarını yenidən nəzərdən keçirməyə və əsgəri qüvvənin bir hissəsinin ölkədə saxlanmasına razı salmağa çalışacağını bildirmişdi.

Respublikaçı senator xəbərdarlıq etmişdi ki, ABŞ hərbi qüvvələrinin Suriyadan bütünlüklə çıxarılması Birləşmiş Ştatların təhlükəsiliyinə hədə təşkil edə bilər, belə ki, bu, İslam Dövləti qrupunun gücünü bərpa etməsinə imkan yarada bilər. Senatorun fikrində, bu addım həmçinin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə dəstəklədiyi kürd döyüşçülərinə xəyanət ola bilər və eyni zamanda, İranın İsrailə qarşı təhdidlərini gücləndirməsinə imkan yarada bilər.

ABŞ hərbi qüvvələri Mənbicdə
ABŞ hərbi qüvvələri Mənbicdə

Cənubi Karolina ştatını təmsil edən senator Qraham bildirmişdi ki, o, Trampdan generalları toplayıb, vəziyyəti yenidən nəzərdən keçirməsini istəyəcək.

“Bu məsələdə tələsmək lazım deyil. Əmin olmaq lazımdır ki, biz hər şeyi düz edirik. Əmin olmalıyıq ki, İslam Dövləti bir də heç vaxt qayıtmayacaq. Suriyanı iranlılara təhvil vermirik” – deyə, senator Qraham bildirib.

ABŞ prezidenti Donald Tramp bu ay gözlənilmədən Vaşinqtonun təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəni Suriyadan geri çəkəcəyini elan edib. Trampın əsgəri qüvvənin Suriyadan çıxarılmasına dair gözlənilmədən verdiyi qərar Amerikanın regionda siyasətində əsaslı dəyişiklikdən xəbər verir. Tənqidçilər bildirir ki, ABŞ prezidentibub bu addımı Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirəcək.

XS
SM
MD
LG