Accessibility links

Vyetnam müharibəsində iştirak edən həkim şərəf ordeninə layiq görülüb [Video]


Vyetnam müharibəsində iştirak edən həkim şərəf ordeninə layiq görülüb
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Vyetnam müharibəsində iştirak edən həkim şərəf ordeninə layiq görülüb

Prezident Donald Tramp bazar ertəsi Ağ Evdə keçirilən tədbirdə təqaüdə çıxmış ordu kapitanını Şərəf Ordeni ilə təltif edib. Bu tədbir prezidentin bu yaxınlarda Nigerdə missiyada ikən öldürülən ordu serjantının həyat yoldaşına başsağlığı vermək üçün etdiyi telefon zəngi ilə bağlı qalmaqalın yaşandığı vaxta təsadüf edib.

Mən bu medalı həmin dövrdə döyüşən bütün kişi və qadınlar adına qəbul etmək istəyirəm
Qari Roz

Prezident Tramp Ağ Evdə keçirilən tədbirdə bütün diqqətin Qari Roza yönəlməsinə imkan yaradıb.

“Siz bütöv Amerika xalqının əbədi minnətdarlığını qazanmısınız. Siz kommunizmin şərlərinə qarşı mübarizə aparmısınız, siz bizim bayrağı müdafiə etmisiniz və dünyaya Amerika Silahlı Qüvvələrinin sarsılmaz əzmini nümayiş etdirmisiniz”, Tramp deyib.

Roz 1970-ci ilin noyabr ayında silahlı qüvvələrin “Səmt Küləyi Əməliyyatı” adlı gizli missiyası zamanı Laos cəngəlliyində şimali Vyetnam qüvvələrinə qarşı qeyri-adi qəhrəmanlıq nümayiş edib.

Dəlillərə əsasən, dörd gün davam edən döyüş zamanı Roz yemək yemədən və yatmadan 60-70 kişini xilas edib, onların yaralarını müalicə etmək üçün özünü dəfələrlə düşmən atəşinə atıb və nəticədə özü də yaralanıb.

Hazırda 69 yaşında olan Roz tədbir zamanı çıxış etməyib.

Daha sonra o, Ağ Evi tərk etmədən öncə qısa bəyanat verib və bu mükafatın onun ordu bölməsinin və cənub-şərqi Asiyadakı münaqişədə həlak olan xüsusi qüvvələrin bütün üzvlərinin kollektiv medalı olduğunu deyib.

“Mən bu medalı həmin dövrdə döyüşən bütün kişi və qadınlar adına qəbul etmək istəyirəm”, deyə o bildirib.

Roz qəhrəmanlıq aktlarından bir il sonra “Müstəsna Xidmət” xaçını alıb. Bəziləri düşünür ki, onun Şərəf Ordeni ilə bu qədər gec təltif olunmasının səbəbi Laosdakı missiyasının uzun illər sonra ictimailəşdirilməsidir.

Konqres onun adətən beş il davam limitdən uzun müddət sonra sonunda şərəf ordeni ilə təltif olunmasına icazə verən xüsusi qanun layihəsi qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG