Accessibility links

Dövlət Sərhəd Xidməti dəniz sərhədini pozan İran vətəndaşlarını tutub


Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşlarını tutub
Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşlarını tutub

Astara rayonu (Bakıdan 317 kilometr cənub) ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi martın 8-də gecə saatlarında Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşlarını tutub.

Bu barədə DSX-nın məlumatında deyilir.

Məlumata görə dövlət sərhədini pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran vətəndaşları - Mehran Yusif Nicat Tağı oğlu və Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib,

DSX Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşlarını tutub
DSX Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşlarını tutub

Üzmə vasitəsində və sərhəd pozucularının üzərində smartfon tipli telefon, GPS qurğusu, fənər, bıçaq və “Tramadol” dərman preparatı aşkar olunub.

Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdə 3 bağlamada 74 ədəd 1 litrlik arağı aşkar olunub.

İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

XS
SM
MD
LG