Accessibility links

Sərhəd divarı canlıları məhv edə bilər.[Video]


Sərhəd divarı canlıları məhv edə bilər
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Texas Rio Qrande Vadisi universitetində uzun müddətdir görülməməsinə baxmayaraq oselotlarla bağlı xəbərdarlıq lövhələri hələ də qalır. Texas ştatında təxminən 50-yə yaxın oselotun yaşadığı bildirilir və bu say getdikcə azalır. Əgər təklif olunan sərhəd divarı tikilərsə bu oselotları Meksikadakı daha böyük sürülərindən uzaq tutacaq.

Cənubi Texas mühafizəkarları illər öncə, Corc Buşun prezidentliyi dövründə sərhəddə çəpərin tikilməsinin təbiətə zərər vuracağı barədə xəbərdarlıq etmişdilər. Rio Qrande vadisi boyunca yenilənməsi nəzərdə tutulan divarın regionun ekoloji vəziyyətini daha da ağırlaşdıracağını gözlənilir.

Milli Təbiət Qurumu Ri Qrande vadisi boyunca 19 növ nəsli kəsilməkdə olan heyvanın olduğunu və bu divarın onların gələcəyini daha çox təhlükəyə atdığını bildirir.

Artıq sərhəd divarının olduğu vadilər regionunda isə tropikal fırtına və qasırğalar zamanı canlıların həyatda qalma şansları azdır.

Əgər Tramp administirasiyası divarın tikintisinə nail olsalar bu, sərhəd boyunca uzanan 45 kilometrlik dambanın qalın daş divarlarla əvəzlənməsi ilə nəticələnəcək.

XS
SM
MD
LG