Accessibility links

MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 qərar imzalanıb


MDB Sərhəd Qoşunları Komandanları

Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanlarının 78-ci iclası keçirilib.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə,bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov məlumat verib.

İclasda 8 dövlətin sərhəd xidmətinin, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Oktyabrın 19-da keçirilən iclasın gündəliyində MDB-nin xarici sərhədlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı 9 vacib məsələ daxil edilib, iclasın yekununda 25 sənəd imzalanıb.

Aleksandr Manilov
Aleksandr Manilov

"Əsasən, MDB ölkələrinin xarici sərhədlərində, xüsusən də Əfqanıstan-Tacikistan sərhəd sahəsində, eləcə də MDB ölkələrinin təhlükəsizliyinə təhdid yaradan sahələrdə qoşun komandanları arasında yaranmış vəziyyətlə bağlı müzakirələrin yekunu olaraq sənədlər imzalanıb", A.Manilov qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində sərhəd xidmətləri arasında əməkdaşlıq və informasiya mübadiləsi barədə razılığa gəliblər.

Xidmət sədri qeyd edib ki, görüş zamanı mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.

"MDB ölkələrində böhran vəziyyətlərində xarici sərhədlərdə təhlükəsizliyi təmin edəcək sərhəd qoşunları qruplarının yaradılması üzrə müsbət nəticələr əldə olunub", A.Manilov bildirib.

XS
SM
MD
LG