Accessibility links

Səudiyyə Ərəbistanı kralı oğlunu vəliəhd elan edib


Səudiyyə Ərəbistanı kralı Salman oğlu Məhəmməd bin Salmanı vəliəhdi elan edib. Bununla, Kral Salmandan sonra hakimiyyətə o gələcək. Hazırda isə Məhəmməd bin Salman müdafiə naziri vəzifəsini icra edir və ölkə iqtisadiyyatını inkişaf etdirmək səylərinə başçılıq edir.

Bu xəbər çərşənbə günü dövlətin SPA xəbər agentliyi tərəfindən elan edilib.

Bəyanatda həmçinin bildirib ki, keçmiş vəliəhd və Kral Salmanın qardaşı oğlu Məhəmməd bin Nayef bütün vəzifələrindən azad edilib. Buna onun daxili işlər naziri vəzifəsi də daxildir.

Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının baş nazir müavini vəzifəsini də icra edəcək.

31 yaşlı Məhəmməd Yəmən hökümətinin İranın dəstəklədiyi Huti üsyançılarına qarşı apardığı mübarizədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya rəhbərlik edib.

Səudiyyə Ərəbistanının dövlət mediasında bildirilib ki, çərşənbə günü baş tutan dəyişikliklər Sədaqət Şurasını təşkil edən kral ailəsinin 34 üzvünün 31 tərəfindən təsdiq olunub.

Kral Salman qardaşı Kral Abdullanın ölümündən sonra hakimiyyətə 2015-ci ildə gəlib.

XS
SM
MD
LG