Accessibility links

Şimali Koreya tərəfindən öldürülən Cənubi Koreya rəsmisinin cəsədi axtarılır


Şimali Koreya sentyabrın 27-də elan edib ki, qüvvələri tərəfindən öldürülən Cənubi Koreya rəsmisinin cəsədinin axtarışı aparılacaq. Lakin Şimali Koreya Cənubi Koreyanın gəmi əməliyyatlarının bölgədə gərginlikləri artıra biləcəyinə dair xəbərdarlıq yayıb.

Şimali Koreya lideri Kim Conq Un cümə günü baş verən hadisəyə görə üzr istəyib.

Seul Pxenyanı atışmaya görə istinataq aparılmasına çağırıb. Cənubi Koreya ordusu Şimal əsgərlərini cəsədi dəniz sərhədi yaxınlığında yandırmaqda günahlandırıb.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA ölkənin səlahiyyətlilərinin cəsəd tapılarsa cənuba təhvil verilməsinin yollarını nəzərdən keçirdiyini bildirib.

Məlumatda baş verənlər "olmamalı dəhşətli bir hadisə" adlandırılıb, ancaq hadisə yerinin yaxınlığında Cənubi Koreyanın dəniz əməliyyatlarının Şimali Koreya sularına keçdiyi ni deyib.

Cənubi Koreya Şimali Koreyanın xəbərdarlığına baxmayaraq, bazar günü davam edən axtarış üçün 16 hərbi dəniz donanması gəmisi və 6 təyyarə daxil olmaqla, 39 gəmi səfərbər edib.

KCNA Şimali Koreyanın cəsədin aşakarlanması üçün öz axtarış əməliyyatına başladığını xəbər verib.

Şərhlərə bax

XS
SM
MD
LG