Accessibility links

Seymur Həzi: Azərbaycanda insanlar hələ də siyasi əqidəsinə görə təqib olunur


Seymur Həzi: Azərbaycanda insanlar hələ də siyasi əqidəsinə görə təqib olunur
please wait

No media source currently available

0:00 0:06:50 0:00

Seymur Həzi: Azərbaycanda insanlar hələ də siyasi əqidəsinə görə təqib olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində koronavirus pandemiyası dövründə siyasi müxalifətin durumu və Pegasus problemindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda koronavirus pandemiyası dövründə siyasi müxalifətin durumunu necə xarakterizə edərdiniz?

Bütövlükdə Azərbaycanda siyasi müxalifət heç bir kütləvi və ictimai tədbirlər keçirmədi və keçirə bilmədi. Bu ərəfədə siz gördünüz ki, Yeni Azərbaycan Partiyası qurultay keçirdi.

Seymur Həzi: Çox təəssüflər olsun ki, pandemiya başlayan ilk dövrdə Azərbaycanda pandemiyadan istifadə edib, müxalifətə hücum prosesi başladı. Bu təxminən 6-7 ay davam etdi. Bu müddət ərzində AXCP-nin xeyli sayda fəalları, rəhbərliyə daxil olan şəxslər, üzvləri inzibati qaydada həbs olundular. Ancaq, sonrakı mərhələdə bu, təbii ki, yerini başqa qadağalara verdi. Bütövlükdə Azərbaycanda siyasi müxalifət heç bir kütləvi və ictimai tədbirlər keçirmədi və keçirə bilmədi. Bu ərəfədə siz gördünüz ki, Yeni Azərbaycan Partiyası qurultay keçirdi. Bu açıq şəkildə onu göstərdi ki, bu istiqamətdə diskriminasiya var. Tutaq ki, bir neçə müxalifət partiyası, AXCP də daxil olmaqla, qurultaylarını keçirməlidirlər. Onlar üçün hələ ki, belə bir şərait yoxdur. Ancaq hökümət partiyası üçün bu şərait yaradıldı.

Amerikanın Səsi: Bir sıra ekspertlər hökumətin karantin qaydalarından müxalifətin fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə etdiyini bildirir. Fikrinizcə hökumət pandemiya dövründə müxalifətin siyasi fəaliyyətinin məhdudlaşırılması üçün tədbirlər həyata keçirib?

Bizim hətta 7-8 nəfər ilə Gözəl xanımı dəfn etməyimizə imkan vermədilər. Bu baxımdan hesab edirəm ki, hökümətin burada yürütdüyü ayrıseçkilik siyasəti var. Başqa tərəfdən isə hökümət özü qoyduğu qayalara əməl etməyərək, hakim partiyanın tədbirlərinə göz yumur.

Seymur Həzi: Bilirsiniz, hökümət, təbii ki, rəsmən bunun adını müxalifətin fəaliyyətinin məhdudlaşdırılması üzrə hansısa addım qoymur. Və yaxud qadağalar qoymur. Ancaq, hökümət ümumən elə qərarlar qəbul edir ki, orada kütləvi tədbirlər keçirmək çətin olur və yaxud bu tədbirləri qaydalara uyğun həyata keçirmək mümkün olmur. Buna imkan vermir. Misal üçün, mən sizə bir şey deyim. AXCP sədr müavini mərhum Gözəl Bayramlı dünyasını dəyişəndə bizim onun dəfnində iştirakımıza imkan vermədilər. Bu bir açıq diskriminasiya idi. Bizim hətta 7-8 nəfər ilə Gözəl xanımı dəfn etməyimizə imkan vermədilər. Bu baxımdan hesab edirəm ki, hökümətin burada yürütdüyü ayrıseçkilik siyasəti var. Başqa tərəfdən isə hökumət özü qoyduğu qaydalara əməl etməyərək, hakim partiyanın tədbirlərinə göz yumur.

Amerikanın Səsi: Son aylar AXCP və Milli Şuranın fəallarına qarşı məhkəmə prosesləri davam edib. Bu günlərdə isə AXCP fəalı Aqil Hümbətov növbəti dəfə həbs edilib. Buna münasibətiniz necədir ? Bu, ölkədə siyasi proseslərə necə təsir edir?

Azərbaycan elə bir ölkədir ki, orada siyasi münasibətlər polisin tarazlıq nöqtəsiylə həll olunur.

Seymur Həzi: Bilirsiniz, Azərbaycan elə bir ölkədir ki, orada siyasi münasibətlər polisin tarazlıq nöqtəsiylə həll olunur. Yəni hökumət elə bir vəziyyət yaradıb ki, polisin münasibəti siyasi məsələlərə təsir edir. Yəni əgər polis bir məsələyə xoş yanaşırsa hökümətin buna münasibəti xoşdur. Polis xoş yanaşmırsa deməli hökumətin buna münasibəti pisdir. Yəni hökümət polisi öz sözcüsünə və açıq davranış kriteryalarına çevirib. Ona görə də mən düşünürəm ki, istər Aqil Hümbətovun həbsi, istər ona qədər olan həbslər və davam edən məhkəmə prosesləri Azərbaycanda siyasi vəziyyətə bir indikatordur. Bu onu göstərir ki, Azərbaycanda hələ də siyasi əqidəsinə və düşüncəsinə görə, fikirlərinə görə insanlar təqib olunurlar. Bu təqiblər hakimiyyətin mərkəzindən qaynaqlanan təqiblərdir.

Amerikanın Səsi: Pegasus qalmaqalı barədə nə düşünürsünüz? Sizcə bu proqramdan müxalifətin dinlənilməsi və izlənilməsi üçün istifadə edilib? Bununla bağlı faktlarınız var?

Əgər o nəticələr ictimaiyyətə açıqlanmayacaqdısa deməli bu araşdırmaların niyyətində hansısa qaranlıq məqsədlər olub.

Seymur Həzi: Mənim, ümumiyyətlə bu məsələ ilə bağlı iki ayrı istiqamətdə tənqidim var. Bir, əlbəttə ki, şübhəsiz ki, Azərbaycan müxalifəti dinlənilib. Şübhəsiz ki, Azərbaycan müxalifətinin liderləri və funksionerləri bu izləməyə məruz qalıb. İki məlum təşkilatın, bu, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) əldə etdiyi bu siyahını açıq yaymamasını etik hesab etmirəm. Düşünürəm ki, bunun özündə bir siyasi korrupsiya var. Açıq şəkildə mən bunu belə başa düşürəm. Burada hansısa formada spekuliyasiya var. Kiminsə və kimlərinsə maraqlarına xidmət etmək var. Əgər bu təşkilat Azərbaycanda bir qrupun adını açıqlayırsa orada hökümətə heç bir mənfi münasibəti olmayan bir adamların adı açıqlanırsa bu necə başa düşülə bilər ki, uzun illərdir hökumətlə mübarizə aparmış və hökümətin təqibinə məruz qalmış insanların, hökumətin açıq hədəfində olmuş insanların adları bu siyahıda olmasın və onlar izlənib dinlənməsinlər. Ona görə də burada bir qədər anlaşılmayan, həm də, eyni zamanda anlaşılan bir məsələ var ki, burada xüsusi münasibətə yer verilib. Bu Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Çünki burada adı olan şəxslər, eyni zamanda təqib olunublar, izləniblər, bu onların məhkəmə hüquqlarına hörmətsizlikdir. Bu siyahıda adı olan şəxslər və hökümət tərəfindən izlənilən şəxslərin hüququ var ki, onlar izləndiklərinə və dinləndiklərinə görə məhkəmələrə müraciət eləsinlər. Bu siyahıların təqdim olunmaması bizi bu hüquqdan məhrum edir. Eyni zamanda o araşdırmanın niyyətini şübhə altına qoyur. Əgər o nəticələr ictimaiyyətə açıqlanmayacaqdısa deməli bu araşdırmaların niyyətində hansısa qaranlıq məqsədlər olub.

Qeyd: Bu AXCP sədrinin müavini Seymur Həzinin fikirləridir. Öz növbəsində, rəsmi qurumlar insanların qanun qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini bildirir. Rəsmi Bakı insanların siyasi əqidəsinə görə təqib olunmadığını bəyan edir. Bununla yanaşı, beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Azərbaycanda çoxsaylı siyasi məhbusların olduğu, seçki, tolaşmaq, birləşmək hüquqlarının pozulması barədə hesabatlarla çıxış edir. Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 167-ci yeri tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG