Accessibility links

Ali Məhkəmə jurnalistin kasassiya şikayətini təmin etməyib


Seymur Həzi
Seymur Həzi

İyunun 11-də Azərbaycan Ali Məhkəməsi hakim Tapdıq Mahmudovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin kasassiya şikayətinə baxıb.

Şikayət jurnalistin işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verilib.

Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib. Seymur Həzinin vəkili Adil İsmayılov bununla razılaşmayaraq, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət edib. Bu səbəbdən mart ayından bəri Sumqayıt Apellyasiya Məhkəməsində Seymur Həzinin işi üzrə proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Ali Məhkəmə şikayəti təmin etməyib və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalıb.

2015-ci il yanvarın 29-da Abşeron rayon Məhkəməsi Seymur Həzini xuliqanlıqda təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist ittihamı qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir.

2014-cü il avqustun 29-da Seymur Həzi avtobus dayanacağında durarkən Məhərrəm Həsənov adlı tanımadığı şəxs onu təhqir edib.Daha sonra o, Həziyə hücum edib və onu döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücumçuya əlindəki butulka ilə zərbə endirib. Elə həmin an polis gəlib, Həzini saxlayıb.

XS
SM
MD
LG