Noyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda əsirlikdə olan Ermənistan Silahlı Qüvvələrinin əsgəri Akop İnciqulyanla görüşüb.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete də iştirak edib.
Ermənistan Silahlı Qüvvələrinin hərbiçisi bu ilin avqustunda Azərbaycanın işğal altında olan Ağdam rayonunda qoşunların təmas xəttindən Azərbaycan tərəfinə keçib və təslim olub.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, Allahşükür Paşazadə erməni katolikosu II Qareginin xahişi ilə erməni əsiri ilə görüşüb.
Şeyxülislam hərbi əsirin saxlanma şəraiti, səhhəti ilə maraqlanıb. Hərbi əsir Azərbaycan tərəfə özünün keçdiyini və təzyiqlərə məruz qalmadığını deyib. İnciqulyan üçüncü ölkəyə göndərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.