Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində 2015-ci ilin siyasi yekunlarından danışıb.
Amerikanın Səsi: 2015-ci ilin əsas siyasi yekunları nədir?
Bu uzunmüddətli problemdə heç bir nailiyyət müşahidə etmədik, əksinə böhran, problemlər bir az da dərinləşdi.
Şahin Hacıyev: Əsas yekun kimi bir neçə hadisəni qeyd etmək olar. Ən birincisi, fevralda manatın devalivasiyasıdır. Bu, iqtisadi hadisə olsa da, əslində siyasi proseslərin nəticəsi idi. Ölkənin maliyyə sistemi ciddi sarsıntı keçirdi. Bu da səhv və ya qeyri-uğurlu iqtisadi siyasətin nəticəsi idi. Digər ciddi hadisə, uzun illər davam edən insan haqları və demokratiya problemidir. Bu uzunmüddətli problemdə heç bir nailiyyət müşahidə etmədik, əksinə böhran, problemlər bir az da dərinləşdi. Digər ciddi nəticə Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən hadisələrdir. Bunun siyasi əhəmiyyəti ondadır ki, ölkənin ən mötəbər, ciddi təşkilatından birisində faktiki olaraq uzun müddətdir mütəşəkkil cinayət qrupu fəaliyyət göstərirdi. Bu da ölkənin prestijinə, həm də siyasi bazasına çox ciddi zərbə vurdu.
Amerikanın Səsi: Təbii ki, siyasi həyat deyəndə yalnız iqtidarın fəaliyyəti nəzərdə tutulmur. Bəs müxalifətin həyatında nə baş verib?
Müxalifətin həyatında əsas məsələ “sağ qalmaq” idi.
Şahin Hacıyev: Müxalifətin həyatında əsas məsələ “sağ qalmaq” idi. Yəni ölkədə siyasi mühit elə vəziyyətdədir ki, normal fəaliyyət üçün imkan yoxdur. Əsas hüquqlar, toplaşmaq, söz azadlığı və digər azadlıqlar ciddi məhdudiyyətdədir. Ona görə də siyasi müxalifətin hərəkət etməsi, fəaliyyət göstərməsi demək olar ki, qeyri-mümkündür.
Amerikanın Səsi: Ölkənin siyasi həyatında pozitiv məqamlar nədən ibarətdir? Təbii ki, bütün hadisələr neqativ ola bilməz.
Pozitiv odur ki, Asan Xidmət genişlənir. Bunu da iqtidar korrupsiya ilə mübarizənin ciddi nəticəsi kimi təqdim edir.
Şahin Hacıyev: Pozitiv odur ki, Asan Xidmət genişlənir. Bunu da iqtidar korrupsiya ilə mübarizənin ciddi nəticəsi kimi təqdim edir. Əslində aşağı səviyyədə sıravi vətəndaşlar üçün bu yaxşı bir əlamətdir, yaxşı faktordur. Lakin korrupsiya deyəndə JEK-dən (Mənzil İstismar Sahəsi-red) arayış almaqdan söhbət getmir. Korrupsiya dövlət məmurlarının vurduğu zərərdir, o mənada kı sənin haqqın olan, sənə qanunla qarantiya edilmiş problemi həll edə bilmirsən, onu pul hesabına həll etməlisən. Bu istiqamətdə demək olar ki, ciddi bir dönüş yoxdur.
Amerikanın Səsi: Ölkənin siyasi həyatında baş verən hadisələrdən hansılar daha çox yerli və beynəlxalq tənqidlərə məruz qalıb?
Şahin Hacıyev: İlk növbədə vətəndaş cəmiyyətinə hücumlar, onun demək olar ki, dağıdılması, boğulması, qanunvericiliyin xeyli sərtləşməsi və faktiki olaraq qanuni səviyyədə vətəndaş cəmiyyətinin işinin dayandırılması. Avropa Şurasının üzvü olan Azərbaycan üçün bu cür siyasət təbii ki, digər Avropa qurumları, Qərb qurumları, həmçinin ATƏT tərəfindən qəbuledilməzdir. İlk növbədə tənqidlər bubnunla bağlı idi.
Amerikanın Səsi: Siyasi həyatda yeniliklər yaradılması üçün 2016-cı ildə hansı islahatlar həyata keçirilməlidir?
Çox güman ki, hansısa kosmetik addımlar, ənənəvi olaraq korrupsiya ilə mübarizə, insan haqları, söz azadlığının qarantiyası haqqında bəyanatlar davam edəcək. Əslində elə bir dəyişiklik olmayacaq.
Şahin Hacıyev: Cəmiyyətdə normal mühitin yaradılması üçün iqtidarla müxalifət arasında dialoq başlanmalıdır. Bu dialoq hansısa bir proqram tərtib etməlidir və daha sonra o həyata keçirilməlidir. Məsələ burasındadır ki, belə bir dialoq gətirib hansısa bir ziddiyətlərə çıxaracaq. Yəni bu, iqtidarın siyasətinin dəyişdirilməsi, lap sadə desək qanunun aliliyinin tələb olunması, həyata keçirilməsidir. Belə olan halda bir çox məhkəmə qərarları, bir çox həbslər qeyri-qanuni tanınmalıdır. Bu isə indiki iqtidarın fəlsəfəsinə uyğun gəlmir. Yəni bu o deməkdir ki, iqtidar boynuna alsın ki, qeyri-qanuni həbslər, pozuntular olub. Odur ki, ciddi dəyişiklik gözləmirəm. Çox güman ki, hansısa kosmetik addımlar, ənənəvi olaraq korrupsiya ilə mübarizə, insan haqları, söz azadlığının qarantiyası haqqında bəyanatlar davam edəcək. Əslində elə bir dəyişiklik olmayacaq.
Amerikanın Səsi: Bəs beynəlxalq siyasi həyatda baş verən hadisələr və eyni zamanda davamlı iqtisadi böhran Azərbaycanın siyasi həyatına hansı təsirlər edə bilər?
Bu o deməkdir ki, ölkədə iqtisadi böhran bir az da ağırlaşacaq, çətinləşəcək, valyuta ehtiyatları azalacaq.
Şahin Hacıyev: Təbii ilk növbədə neftin qiymətinin düşməsi, bu o deməkdir ki, sosial proqramlar azalacaq, zəifləyəcək, ölkəyə gələn gəlir azalacaq. Nəzərə alsaq ki, gəlirlərin bir hissəsi dolayısı ilə sıravi vətəndaşlara çatırdısa, indi bu imkanlar da azalacaq. Burada ilk növbədə söhbət gedir ki, iş yerləri azalacaq. Son müşavirlərin birində İlham Əliyevin özü bildirib ki, 30 min daimi iş yeri bağlanıb. Bu, 2015-ci ildə baş verib. Yəni vəziyyət bir az da ağırlaşıb. Proqnozlara görə neftin qiyməti 35-30 və hətta 20 dollara düşəcək. Bu o deməkdir ki, ölkədə iqtisadi böhran bir az da ağırlaşacaq, çətinləşəcək, valyuta ehtiyatları azalacaq. Bu da təbii ki, cəmiyyətdə iqtisadi və sosial-iqtisadi təzyiqi artıracaq.