Accessibility links

Şəki İpək Kombinatı işini dayandırır


Şəki İpək Kombinatı

Şəki İpək kombinatı fevralın 1-dən işini müvəqqəti dayandırır. Hələ yanvarın 15-dən 250 işçi öz hesablarına məzuniyyətə göndərilib. "Şəki İpək" ASC rəhbərliyi faktı Turan agentliyinə təsdiq edib.

Müəssisə hazır məhsulların - xam ipək parçanın satışı ilə bağlı problemlər yaşayır. Məhsulların bəziləri İran və Türkmənistana satılır. Məhsulların böyük hissəsi yüksək maya dəyərinə görə anbarlarda yığılıb qalıb.

Xalça və pambıqtəmizləmə sexləri də dayanıb. Texnoloji problemlər üzündən müəssisə hazır parça istehsal edə bilmir.

"Şəki İpək" ASC "Azərbaycan Sənaye Korporasiyası" ASC tərəfindən idarə olunur. Kombinat 2005-ci ildə investisiya müsabiqəsi əsasında "Pərvanə" şirkəti tərəfindən özəlləşdirilib. Qalan 2% səhm müəssisənin 700 işçisi arasında bölünüb. Sonra məlum olub ki, kombinatın səhmlərinin 98%-i iki şirkət arasında bölünüb: "General Cconstruction" (81%) və "Senat Associates" (17%). Azərbaycan Beynəlxalq Bankından on milyonlarla manat kredit alınıb və ödənilməyib. Bununla bağlı kombinat əvvəlcə "Aqrarkredit" QSC-nin, bu il isə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəetməsinə verilib.

XS
SM
MD
LG