Accessibility links

Şərqi Konqoda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 200 nəfəri keçib


Konqo Demokratik Respublikasının şərqində baş vermiş torpaq sürüşməsi nəticəsində 200-dən artıq insanın öldüyü güman edilir. Bu barədə cümə günü təbii fəlakətin baş verdiyi İturi vilayətinin vitse-qubernatoru bildirib.

Torpaq sürüşməsi, cümə axşamı Albert gölünün sahilində faəl seysmik ərazidə yerləşən Tora kəndində baş verib.

Xilas edə bilmədikləri, torpağın və suyun altında qalan insanların sayının çox olduğunu deyən vitse-qubernator Pasifik Keta əlavə edib ki, dağlıq ərazisi olduğu üçün xilasetmə əməliyyatları çətinliklərlə üzləşir.

Qərbi və mərkəzi Afrikanın böyük hissəsi torpaq sürüşmələrinə meylli ərazilərdir. Bunun səbəbi kəskin meşəsizləşmə və dik yamaclarda yerləşən kəndlərdir.

Cümə günü Syerra Leonedə torpaq sürşüməsinin 461 qurbanının cənazələri torpağa basdırılıb. Daha 600 nəfərin taleyi naməlumdur.

Şərqi Konqo, torpaq sürüşmələri təhlükəsinə əlavə olaraq, daimi faəl seysmik ərazidə yerləşir. Bu isə tez-tez baş verən zəlzələlər və vulkan püskürmələri deməkdir.

XS
SM
MD
LG