Accessibility links

Avropa Şimal Axını 2 layihəsi məsələsində iki yerə bölünüb [Video]


Avropa Şimal Axını 2 layihəsi məsələsində iki yerə bölünüb
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Bir neçə Şərqi Avropa dövləti Rusiya ilə Almaniyanı birləşdirən qaz kəmərinə etiraz edir. Şimal Axını 2 layihəsi Rusiya qazını birbaşa Avropaya gətirəcək. Lakin tənqidçilər deyirlər ki, layihə Avropanın Rusiya hökümətinə sahib olan şirkətlərdən asılı edəcək.

11 milyard dollar dəyəri və 1,225 kilometr uzunluğu olan, Rusiya ilə Almaniyanı Baltik Dənizi ilə birləşdirən Şimal Axını 2 kəmərinin tikilməsi plana müvafiq davam edir və növbəti ilə hazır olması gözlənilir.

Bu, Shell və Rusiya hökümətinə məxsus olan Gazprom tərəfindən dəstəklənən özəl layihədir. Kəmər, bununla bərabər Berlin və Moskvanın güclü dəstəyinə malikdir.

Rusiya prezidenti Vladimir Putin: “Biz bu layihənin icrasını heç bir şübhə olmadan dəstəkləyirik. Layihə siyasətdən kənar, tam iqtisadi və tam kommersiya layihəsidir.”

Şərqi Avropa ölkələrinin əksəriyyəti deyir ki, Avropa prezident Putinlə böyük bizness layihələrinə cəlb olunmamalıdır.

Layihəni ən çox tənqid edən Estoniya, Latviya və Litvanın xarici işlər naziri keçən həftə Vaşinqtonda dövlət katibi Reks Tillersonla görüşüblər.

Sven Mikser, Estoniya xarici işlər naziri: “İndiki dövrdə təhlükəsizlik bölünməzdir. Daxili və xarici təhlükəsizlik, o cümlədən regional təhlükəsizlik bir-birindən ayrılmır.”

Şimal Axını 2 layihəsinin əleyhinə olan Birləşmiş Ştatlar Moskvanın Krımı ilhaq etməsindən sonra Rusiya şirkətlərinə və Rusiyada enerji axtarışlarında cəlb edilən xarici şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Hələlik həmin sanksiyalar Şimal Axını 2 layihəsinə təsir etməyib.

Şərqi Avropa ölkələrinin əksəriyyəti həm də narahatdırlar ki, bu layihə onlara heç bir iqtisadi fayda verməyəcək.

Noa Qordon, Avropa İslahatları Mərkəzi: “Mərkəzi və Şərqi Avropada bəzi çətinliklər yarana bilər. Onlar qiymətlər artımını müşahidə edə bilər və Rusiya tərəfindən qaz kəsintilərinə açıq ola bilərlər. Ukrayna tranzit məsrəflərində ildə 2 milyard dollara yaxın pul itirəcək.”

Avropa Komissiyası da Şimal Axını 2 layihəsinə etiraz edir. Lakin deyir ki, onu dayandırmaq üçün heç bir hüququ əsas yoxdur. Avropa İttifaqı Avropa sərhədləri boyu birləşdirici borulara sərmayə qoymaqla riski azaltmağa ümid edir.

Noa Qordon, Avropa İslahatları Mərkəzi: “Məqsəd sərhədləri azad keçə bilən, çevik qaz bazarı yaratmaqdır. İki il ərazində Ukrayna Rusiyada qaz almayıb. Əvəzində isə onlar qazı Almaniya kimi vasitəçi ölkələrdən alırlar. Həmin qaz isə əsasən rus qazı olur. Ona görə də əgər Avropa qaz marketi güclü olsaydı və daha səmərəli olsaydı, Rusiya və digərləri tərəfindən sui-istifadəyə həssas olmazdı.”

Şimal Axını 2 layihəsinə sərt şəkildə etiraz edən Polşa və Litva təbii maye qaz terminalları tikiblər. ABŞ isə Avropada təbii maye qazın təminatını artırmağa çalışır.

Şimali Axını 2-yə qarşı olanlar ümid edirlər ki, təminatı müxtəlifləşdirməklə Rusiyanın qazı siyasi silah kimi istifadə etmək qabiliyyətini məhdudlaşdıra biləcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG