Accessibility links

Şimali Koreya ABŞ-ın bombardmançı təyyarələrinin təlimlərini “təxribat” adlandırıb


Şimali Koreyanın dövlət mediası ABŞ-ın B-1B tipli iki bombardmançı təyyarəsinin Koreya yarımdasında təlimlərini kəskin tənqid edib. Pxenyan bunu nüvə müharibəsi riskininin artırılmasına yönəlmiş addım adlandırıb.

Şimali Koreyanın iqtidar partiyasının Rodonq Sinmun qəzetindəki məqalədə ABŞ “təhlükəli hərbi təxribatlarda” ittiham edilib. Məqalədə nüvə müharibəsi riskinin ekstremal həddə çatdığı deyilib. Məqalə ingilis dilində Koreyanın mərkəzi xəbər agentliyi tərəfindən dərc edilib.

ABŞ hərbi hava qüvvələrinin bombardmançı təyyarələri cümə günü Cənubi Koreyada hərbi poliqonda hərbi təlim keçirib. Cənubi Koreyanın F-15 və ABŞ-ın F-16 hərbi təyyarələri də təlimlərə qatılıb. Hərbi təyyarələr Yaponiyanın F-2 döyüş təyyarələri ilə Quamdakı Andersen hərbi hava qüvvələrinin bazasına qayıdan zaman Cənubi Çin dənizi üzərində uçuş keçirib.

Şimali Koreyanın KRT televiziysında qitələrarası ballistik raket sınağının keçirildiyi nümayiş etdirilən görüntülər
Şimali Koreyanın KRT televiziysında qitələrarası ballistik raket sınağının keçirildiyi nümayiş etdirilən görüntülər

10 saat sürən missiya Şimali Koreyanın Amerikanın Müstəqillik günü olan 4 iyulda qitələrarası ballistik raket sınağı keçirməsindən üç gün sonraya təsadüf edir. Prezident Donald Tramp və Cənubi Koreya və Yaponiya liderləri Almaniyada Böyük 20-lərin sammitində görüş keçirərək, raket sınağını qınayan bəyanatla çıxış edib.

ABŞ hərbi qüvvələrinin rəsmiləri Amerikanın döyüş təyyarələrinin missiyasını "Birləşmiş Ştatların müttəfiqlərinə sadiqliyini göstərən güc və birliyin nümayiş etdirilməsi" olduğunu bildirib.

XS
SM
MD
LG